Accessibility links

Tramp Meksika və Kanada məhsullarına tətbiq etdiyi tarifləri dörd həftəlik təxirə saldı


ABŞ Prezidenti Donald Tramp cümə axşamı Meksika və Kanadanın ixracının əksər hissəsinə tətbiq ediləcək yeni 25 faizlik tarifləri dörd həftəlik təxirə saldı. Bu, Şimali Amerikada günlərdir səhm bazarlarını sarsıdan, ABŞ-ın uzunmüddətli müttəfiqləri və iki ən böyük ticarət tərəfdaşı ilə münasibətlərini gərginləşdirən ticarət müharibəsindəki ən son yenilikdir.

Tramp əvvəlcə Meksika Prezidenti Klaudia Şeynbaumdan birbaşa məlumat aldıqdan sonra Meksikadan idxal ediləcək məhsullaara tətbiq olunacaq tarifləri 2 aprelə qədər təxirə saldı. Tramp bu qərarı elan edəndə Şeynbaumun hökumətinin ABŞ-ın iki əsas tələbi olan miqrant axınını və ölümcül fentanil opioidinin ölkəyə daxil olmasını məhdudlaşdırmaq üçün atdığı addımları açıqladı.

Bundan bir neçə saat sonra Tramp Kanadaya tətbiq olunacaq yeni tarifləri də dayandırdı. Lakin bir ay sonra hər iki ölkəyə qarşı elan edilən tariflərin aqibəti necə olacağı məlum deyil. Trampın son qərarları, ABŞ-ın üç ən böyük avtomobil istehsalçısının tariflərin onların maliyyə vəziyyətinə ciddi təsir göstərəcəyini bildirməsindən sonra nəqliyyat vasitələrinin idxalına tətbiq olunan tariflərin də dayandırılmasından bir gün sonra gəldi.

Lakin Trampın ardıcıl qərarları investorlar tərəfindən mənfi qarşılanıb və bazarda qeyri-müəyyənlik səbəbindən kütləvi satışlara səbəb olub. Cümə axşamı ABŞ-ın üç əsas səhm bazarı yenidən düşdü: Dow Jones Sənaye İndeksi 1 faizdən çox, daha geniş miqyası olan S&P 500 indeksi təxminən 2 faiz, texnologiya yönümlü NASDAQ indeksi isə 3 faizə yaxın gerilədi.

Tramp öz sərəncamlarında qeyd etdi ki, 2018-ci ildə birinci prezidentlik dönəmində Meksika və Kanada ilə bağladığı ticarət sazişi çərçivəsində ABŞ şirkətləri tərəfindən idxal edilən Meksika və Kanada mallarına tariflər tətbiq olunmayacaq.

Özünün Truth Social platformasında Tramp Meksika mallarına tətbiq olunacaq tarifləri yumşaltdığını bildirib. “Bu, Prezident Şeynbauma hörmət və ehtiramın bir təzahürüdür. Bizim münasibətimiz çox yaxşıdır və sərhəddə qanunsuz miqrantların ABŞ-a girişinin və fentanilin yayılmasının qarşısını almaq üçün birlikdə ciddi iş aparırıq” – Tramp qeyd edib.

Tramp postunu “Sizin əməyiniz və əməkdaşlığınıza görə təşəkkürlər, Prezident Şeynbaum!” sözləri ilə tamamladı.

Cümə axşamı Meksika prezidenti də tariflərlə bağlı son yeniliklərə sosial mediada reaksiyasını bildirib. “Biz razılaşdıq ki, suverenliklərimizə hörmət çərçivəsində həyata keçirilən əməkdaşlığımız və səylərimiz misilsiz nəticələr verib,” – Şeynbaum bildirib.

Sonradan keçirdiyi mətbuat konfransında Şeynbaum Trampın əvvəlcə tariflərin qüvvədə qalmasını istədiyini, lakin telefon danışığı zamanı ona son bir ay ərzində əldə olunan nəticələri təqdim etdiyini bildirdi. O, Meksikanın fentanilin ABŞ-a axınının məhdudlaşdırılması, ABŞ tərəfindən axtarılan 29 böyük kartel üzvünü təhvil verilməsi və 10 min əsgəri ölkənin şimal sərhədinə göndərilməsini vurğuladığını bildirib.

“Bizə hörmətlə yanaşıldı və hər iki ölkənin xeyrinə olan bir razılaşmaya gəldik” – Şeynbaum bildirib. Lakin tariflərin dondurulması müddəti başa çatdıqdan sonra nələrin baş verəcəyi hələ də qeyri-müəyyəndir.

Şeynbaum ABŞ mallarına qarşı cavab tarifləri tətbiq edəcəyi ilə hədələmişdi, lakin Kanada Baş naziri Castin Trudodan fərqli olraq, diplomatik həll yolu tapmağa çalışdığı üçün hələlik onları elan etməmişdi.

Tramp isə Trudonun ABŞ-a qarşı tariflər qərarının arxasında siyasi motiv olduğunu bildirdi.

“Kanadada gördüyü bərbad işlərə baxmayaraq, düşünürəm ki, Castin Trudo tarif məsələsindən - hansının səbəbkarı özüdür - yenidən baş nazir olmaq üçün istifadə edir. Çox maraqlıdır izləmək!” – Tramp Truth Social-da yazıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG