Accessibility links

 
Tramp administrasiyasının Veteran İşləri üzrə Departamentdə 80 min iş yerini ixtisar etməyi planlaşdırdığı deyilir

Tramp administrasiyasının Veteran İşləri üzrə Departamentdə 80 min iş yerini ixtisar etməyi planlaşdırdığı deyilir


Veteran İşləri üzrə Departamentin binası. Vaşinqton. 21 iyun, 2013.
Veteran İşləri üzrə Departamentin binası. Vaşinqton. 21 iyun, 2013.

Çərşənbə günü Associated Press tərəfindən əldə edilən daxili memoya əsasən, Veteran İşləri üzrə Departamentdə yenidən təşkilatlanma planlaşdırır ki, buna milyonlarla veteranı səhiyyə və digər xidmətlərlə təmin edən agentlikdə 80,000-dən çox iş yerinin bağlanması daxildir.

Departamentin aparat rəhbəri Kristofer Sirek çərşənbə axşamı agentliyin yüksək səviyyəli rəsmilərinə deyib ki, məqsəd kifayət qədər işçini ixtisar edərək, 2019-cu ildə 400,000-dən az olan kadr səviyyələrinə qayıtmaqdır. Bunun üçün Bayden administrasiyası zamanı genişlənən Veteran İşləri üzrə Departamentdən on minlərlə işçi işdən çıxarılmalı olacaq.

Bildirişdə yüksək vəzifəli işçilərə avqust ayında “işçi qüvvəsinin ölçüsünü dəyişmək və onları missiyaya və yenidən hazırlanmış struktura uyğunlaşdırmaq” üçün bütün agentliyin yenidən təşkilatlanmasına hazırlaşmaq tapşırılıb. Bildirişdə həmçinin agentlik rəsmiləri “aqressiv hərəkət etmək,” eyni zamanda Tramp administrasiyasının məqsədlərinə “ praqmatik və nizam-intizamlı yanaşmaq” üçün Ağ Evin Hökumətin Səmərəliliyi Departamenti ilə işləməyə çağırılır.

“Bəzi şeylər dəyişməlidir,” Veteran İşləri üzrə nazir Doq Kollins çərşənbə günü sosial mediada paylaşılan videoda deyib və əlavə edib ki, ixtisarlar o demək deyil ki, veteranların səhiyyə xidmətləri və ya imtiyazları kəsiləcək.

"Bu administrasiya nəhayət veteranlara istədiklərini verəcək," Kollins deyib.

Veteranlar artıq Veteran İşləri üzrə Departamentdə indiyə qədər bir neçə min işçinin və yüzlərlə müqavilənin ixtisarına qarşı çıxıblar. Departamentin işçi qüvvəsinin 25%-dən çoxu veteranlardan ibarətdir.

Veteran İşləri üzrə Departamentdə aparılan planlar onu göstərir ki, Tramp administrasiyasının milyarder İlon Maskın rəhbərlik etdiyi DOGE təşəbbüsü, hətta ənənəvi olaraq hər iki partiyanın dəstəklədiyi federal agentliklərdə belə ixtisarlar etmək üçün hərtərəfli səylərini davam etdirir.

Ağ Evin sözçüsü Anna Kelli verdiyi açıqlamada, prezidentin "veteranların vaxtında və keyfiyyətli xidmət almasına mane olan Veteran İşləri üzrə Departamenti bürokratiyasını və həddindən artıq genişlənməni qəbul etməkdən imtina etdiyini" bildirib. O əlavə edib ki, dəyişikliklər Veteran İşləri üzrə Departamentdə "daha çox səmərəliliyi və şəffaflığı təmin edəcək."

Nazirliyin rəqəmlərinə əsasən, Departament ötən il 9 milyondan çox qeydiyyatdan keçən veterana xidmət edib və 127,5 milyondan çox səhiyyə xidməti göstərib ki, bu da tarixdə ən yüksək göstəricidir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG