Accessibility links

İran Azərbaycanında 196 universitet müəllimi ana dilində təhsilin təmin olunmasını tələb edir


Təbriz Universiteti
Təbriz Universiteti

Azərbaycan vilayətlərində fəaliyyət göstərən universitetlərin müəllimləri prezidentə ünvanladıqları məktubda hökumətdən təcili olaraq ana dillərinin məktəblərdə və universitetlərdə tədrisi üçün zəruri addımlar atmasını istəyiblər.

Məktubu imzalayan 196 müəllim arasında Təbriz, Ərdəbil, Urmiyə və Marağa şəhərlərində çalışan akademik heyət üzvləri də yer alır. Onlar Prezidentə müraciət edərək, ana dilinin tədrisi ilə bağlı qanun layihəsinin parlamentə təqdim olunmasını tələb ediblər.

Müəllimlər, məktubda parlamentin Təhsil Komissiyasının etnik dillərin məktəblərdə tədrisinə dair təqdim etdiyi təklifin rədd edilməsinə də toxunublar. Onlar bu addımın prezidentin seçki kampaniyası zamanı verdiyi vədlərə zidd olduğunu vurğulayıblar.

Akademiklər prezidentdən tələb ediblər ki, İran İslam Respublikasının imzaladığı İnsan Hüquqları Bəyannaməsi, Quran təlimləri, eləcə də Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsaslanaraq, bu torpaqlarda yaşayan bütün insanların dil və təhsil hüquqlarını təmin edəcək ədalətli bir qanun layihəsini hazırlayıb parlamentə təqdim etsin.

Universitet müəllimlərinin bəyanatında sözügedən qanun layihəsinin, etnik xalqlar arasında təhsil bərabərliyini təmin etmək məqsədilə ana dilinin bağçadan universitetə qədər tədrisini əhatə etməli olduğu qeyd edilib.

Məktubda həmçinin qonşu ölkələr, İraq və Əfqanıstanda çoxdilliliyin rəsmi şəkildə tanınmasına diqqət çəkilib və İran hökumətindən bu sahədə ədalətli və əhatəli bir qanun layihəsinin hazırlanaraq parlamentə təqdim olunması tələb edilib.

Parlamentin Təhsil Komissiyasının təqdim etdiyi layihə 26 fevral tarixində keçirilən iclasda səs çoxluğu ilə rədd edilib. Həmin iclasda hökumət nümayəndəsi də layihənin əleyhinə çıxış edib ki, bu da İranda türk icmasında ciddi tənqidlərə səbəb olub. Sözgedən tənqidlər hələ də davam edir. Martın 6-da Şərqi Azərbaycanın Mədəniyyət və İrşad İdarəsinin yeni rəisinin təqdimat mərasimində çıxış edən Təbrizdən millət vəkili Əlirza Novin hökumət nümayəndəsinin parlamentdəki çıxışına yenidən etiraz edib.

Novin çıxışında bildirib ki, həmin iclasda bəzi şəxslər məsələni təhlükəsizlik kontekstinə daşımaq üçün 90-cı illərdə xarici işlər naziri və Mədəni İnqilab Ali Şurasının bəzi üzvlərinin fikirlərinə istinad ediblər. Təbrizli millət vəkilinin nəzərdə tutduğu şəxslərin böyük ehtimalla Əli Əkbər Vilayəti və eyni zamanda Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri olan Qulaməli Həddad Adil olduğu güman edilir.

Qulaməli Həddad Adil
Qulaməli Həddad Adil

Həddad Adil parlamentdə müzakirədən az əvvəl İRNA-ya verdiyi müsahibədə, insanların ana dillərini evdə öyrəndiklərini və danışdıqlarını iddia edərək, fars dilində təhsilin zəruriliyini vurğulamışdı.

Novin həmin mərasimdəki çıxışında Konstitusiyada açıq şəkildə qeyd olunan və indiyə qədər bütün prezidentlərin, eləcə də millət vəkillərinin seçki kampaniyalarında vəd etdiyi bu hüququn hələ də təmin olunmamasından təəssüfləndiyini bildirib.

Deputat, eyni zamanda, Prezident Məsud Pezeşkianın parlamentdəki layihənin rədd edilməsi ilə bağlı verdiyi vədlərə işarə edərək, bildirib ki, o, hökumətin parlamentə təqdim edəcəyi yeni qanun layihəsinin, hökumət nümayəndəsinin çıxışından doğan narahatlığı aradan qaldıracağına ümid edir.

Son günlərdə, xüsusilə də parlamentdə layihənin rədd edilməsindən sonra hökumət sözçüsü Fatimə Mühacirani açıqlama verərək, hazırda hökumətin “ana dilində təhsil” ilə bağlı genişmiqyaslı bir qanun layihəsi üzərində işlədiyini bildirib. Onun sözlərinə görə, bu layihə əvvəlki illərdə gündəmə gələn və ana dillərinin məktəblərdə könüllü şəkildə tədrisini nəzərdə tutan məhdud planlardan daha geniş və əhatəlidir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG