Accessibility links

 
ABŞ hərbi yardımla yanaşı Ukrayna ilə kəşfiyyat məlumatlarının ötürülməsinə də fasilə verib

ABŞ hərbi yardımla yanaşı Ukrayna ilə kəşfiyyat məlumatlarının ötürülməsinə də fasilə verib


ABŞ Ukraynaya hərbi yardıma fasilə verməklə yanaşı, Ukrayna ilə kəşfiyyat məlumatlarının ötürülməsini də məhdudlaşdırıb. Bu barədə məlumatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru təsdiqləyib.

ABŞ prezidenti Donald Trampın martın 4-də Konqresə müraciətində deyib ki, Ukrayna liderinin Rusiya ilə sülh danışıqlarına hazırdır. Tramp çıxışı zamanı həmçinin Kyivin Vaşinqtonla kritik minerallar üzrə saziş imzalamağa hazır oldu göstərən məktubu oxuyub.

Fox News-a verdiyi şərhdə MKİ direktoru Con Ratklif deyib ki, həm hərbi yardım, həm də kəşfiyyat məlumatlarının paylaşılmasına dair fasilə keçən həftə Oval Ofisdə iki lider arasında gərgin keçən görüşdən sonra Zelenskinin sülhə sadiqliyi ilə bağlı narahatlıqdan qaynaqlanır.

“Düşünürəm ki, hərbi cəbhədə və kəşfiyyat cəbhəsində fasilə aradan qalxacaq”, Ratklif Fox News-a bildirib. O həmçinin əlavə edib ki, “Düşünürəm ki, biz ordakı aqressiyanı azaltmaq üçün, eləcə də düynyanı daha yaxşı yerə çevirmək məqsədi ilə sülh danışıqlarının irəliləməsi üçün Ukrayna ilə çiyin-çiyinə çalışacağıq”.

Qərb hərbi kəşfiyyatı Ukraynanın özünü müdafiyəsi və Rusiya qüvvələrini hədəf almaqda mühüm rol oynayıb.

Ratklif Kyivlə kəşfiyyat mübadiləsinin hansı aspektlərinin təsirləndiyini dəqiqləşdirməyib, lakin Qərb mediası məhdudiyyətlərin əhəmiyyətli dərəcədə böyük olduğunu iddia edir.

Britaniyanın Daily Mail qəzeti martın 4-də yazıb ki, Vaşinqton paralel olaraq Birləşmiş Krallığa ABŞ kəşfiyyatına məxsus məlumtaları Kyiv hakimiyyət orqanlarına göndərilməsini qadağan edib.

Ağ Evdə Trampla gərgin görüşdən sonra Zelenskini sərt tənqid edən Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Volts da Fox-a deyib ki, ABŞ-ın Ukraynaya hərbi yardıma verdiyi fasilə aradan qaldırıla bilər.

“Düşünürəm ki, əgər biz bu danışıqları yekunlaşdıra bilsək və bu danışıqlara doğru irəliləyə bilsək və əslində, etimadı artıran bəzi tədbirləri masaya qoya bilsək, o zaman prezident bu pauzanı aradan qaldırmağa ciddi yanaşacaq” deyə Volts bildirib.

“Biz bilməliyik ki, hər iki tərəf qismən, daha sonra isə daimi sülhə doğru səmimi danışıqlar aparır” - Volts əlavə edib.

Zelenski, Trampın Konqresdə oxuduğu məktubda da daxil olmaqla, “davamlı sülhə” sadiqliyini dəfələrlə təkrarlayıb.

Lakin Tramp “gülünc” adlandırdığı üç illik müharibəni sona çatdırmaq üçün sürətli sülhü təmin etmək məqsədi ilə Vaşinqtonun mövcud imkanlardan istifadə etmək istəyinə işarə edib.

Fevralın 28-də Oval ofisdə gərgin söhbət zamanı Tramp Zelenskiyə deyib ki, ABŞ-ın köməyi olmadan münaqişəni həll etmək üçün “kartları yoxdur”.

Lakin Tramp Konqresdəki çıxışında qızğın mübahisəyə toxunmayıb, Zelenski görüşün bu cür yön almasından təəssüfləndiyini bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG