Accessibility links

ABŞ-ın hərbi yardımı dayandırdığı bir vaxtda, Avropa Ukraynanı silahlandıra bilərmi?


ABŞ-ın hərbi yardımı dayandırdığı bir vaxtda, Avropa Ukraynanı silahlandıra bilərmi?
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:03:22 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Ukraynayaya hərbi yardımların dərhal dayandırılmasına göstəriş verib. Administrasiyası bunun bütün tərəfləri sülh danışıqlarına getməyə vadar etmək maəqsədi daşıdığını bildirib. Henri Ricvelin Londondan bildridiyinə görə, Avropa liderləri deyib ki, Kyivə silahları göndərməyi davam etdirmək zəruridir - amma Ukraynanın daha nə qədər döyüşə biləcəyinə dair şübhələr var.

Bazar ertesi ABŞ-ın Kyivə hərbi yardımı dayandırmasına qərar verməsi fonunda Rusiya dronları Ukrayna şəhərlərinə hücumlarını davam etdirib.

Ukraynalı qanunvericilər deyir ki, Vaşinqtonun bu qərarının açıq-aşkar nəticələri olacaq.

“Bu o deməkdir ki, minlərlə insan öləcək,” Ukrayna Parlamentinin üzvü Oleksiy Qonçarenko deyib.

Ukraynanın Donetsk bölgəsinin qərbində Pokrovsk şəhəri yaxınlığnda müharibə davam edir.

“Biz çox sayda İtaliya haubitsaları atırıq. Amma biz sursatların çoxunu, o cümlədən 105 millimetlrik kalibri ABŞ-dan alırıq. O, həm Avropa həm də ABŞ-da istifadə olunan NATO standartıdır. Amma Avropa bizi təmin edə biləcəkmi? Ümid edirəm ki, edəcək,” Ukraynanın 14-cü Briqada bölməsinin komandiri “Berf” deyir.

Avropa ABŞ-dan azalan hərbi dəstəyi kompensasiya edə bilərmi?

“Ukraynalıların Patriot raketlərindən tutmuş Abrams tanklarının və Bradli zirehli maşınlarının ehtiyat hissələrinə qədər istifadə etdiyi müəyyən sistemlər var ki, avropalıların onları əldə etmələrinin yeganə yolu onları açıq bazarda almasıdır. Bu da zaman alacaq,” Mayak Intelligence-dən Mark Qaleotti deyir.

Amma Ukrayna getikcə daha çox öz silahlarını istehsal edir.

“Ukraynanın hazırda istifadə etdiyi silahların çox güman ki, təxminən yarısını öz müdafiə sənayesi təmin edir. Qalanların da yarısı ABŞ, yarısı da avropalılar daxil olmaqla başqaları tərəfindən verilir,” Kral Birləşmiş Xidmətlər İnstitutundan Malkol Çalmers bildirir.

ABŞ Ukraynanı başqa mühüm infrastrukturla təmin edir. Buna Ukraynaya Qərb sihalarını göndərmək daxildir.

“Və nəhayət ABŞ Ukrayna qüvvələrini məlumat və kəşfiyyatla təmin etməkdə çox mühüm rol oynayır” Qaleotti deyir.

Tramp administrasiyası deyir ki, hərbi yardımın dayandırılması “onun həll yoluna töhfə verdiyindən əmin olmaq üçündür.”

“​Nə Avropa, nə Birləşmiş Ştatlar, nə də ukraynalılar bu müharibəni sonsuza qədər davam etdirə bilməz. Ona görə də hamı danışıq masasına oturmalıdır, ”ABŞ vitse-prezideti JD Vans deyib.

Britaniyanın baş naziri bazar günü deyib ki, “istəyənlər koalisiyası” Ukraynaya dəstəyi davam etdirəcək.

“Vitse-prezident Vansın iddiası ki, bir çox Avropa lideri ya sosial mediada ya da ictimaiyyət qarşısında qətiyyətli bir şəkildə Kyivin arxasındadır, amma özəldə əslində daha çox spektikdirlər – bu tamamilə doğru deyil. Öz qüvvələrini zəiflətməyə və həmçinin Ukraynanı müdafiə etmək adına ən güclü təhükəsizlik müttəfiqin və qarantorunu uzaqlaşdırmağa davam edirsən?,” Mark Qaleotti deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı Tramp administrasiyasına müraciər edib. O, X-də yazıb ki, Ukrayna sülhə sadiqdir.

Rusiyanın bombardmanıı altında əziyyət çəkən ukraynalılar üçün ABŞ yardımının kəsilməsi acı bir nəticədir.

“Ümid edirəm ki, o, fikrini dəyişəcək. Aqressiyanın qurbanı hər şəyə görə günahkar ola və buna görə də cəzalandırıla bilməz,” Kyiv sakini Viktoria deyib.

“Bəlkə də Avropa necəsə kömək edə bilər. İndi ümid təkcə Avropayadır, başqa heç kimə deyil,” Kyiv sakini İllia deyib.

Bu arada isə Rusiya Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandırmaq qərarını alqışlayıb və bunun “vəziyyəti sülh yolu ilə həll etməyə” yardım edə biləcəyini deyib.

Forum

XS
SM
MD
LG