Prezident Donald Tramp çərşənbə axşamı Konqresin birgə iclası qarşısında çıxış edərək, administrasiyasının bürokratiyanı azaltmaq, Amerikanın ən yaxın ticarət tərəfdaşlarına yüksək tariflər tətbiq etmək və Ukraynaya Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizəyə son qoyması üçün təzyiq göstərmək yönündə atdığı addımları vurğulayıb. Tramp çıxış edərkən Demokratlar onu izləyib və açıq şəkildə etirazlarını nümayiş etdirib.
Prezident Donald Trampın çərşənbə axşamı etdiyi çıxışı onun 20 yanvar tarixində ikinci vəzifə müddətinə başlamasından bəri Konqresin birgə sessiyası qarşısındakı ilk məruzəsidir.
“Amerikanın tempi qayıdıb. Bizim ruhumuz qayıdıb. Bizim qürurumuz qayıdıb. Bizim özünəinamımız qayıdıb. Və Amerika Arzusu qayıdıb - əvvəlkindən daha böyük və daha yaxşı,” Prezident Donald Tramp deyib.
Ancaq Tramp çıxışına başlayadan sonra heç beş dəqiqə keçmədən Texasdan Demokrat nümayəndə Al Qrin qışqıraraq deyib ki, Trampın aşağı gəlirli insanlar üçün dövlətin tərəfindən maliyyələşdirilən sağlamlıq sığortası olan “Medicaid-i kəsməyə mandatın yoxdur.”
Qrin zaldan çıxarılıb.
Tramp çərşənbə axşamı Çin və ABŞ-ın qonşuları Meksika və Kanadaya yüksək tariflər tətbiq etdiyini vurğulayıb. ABŞ-ın üç ən böyük ticarət tərəfdaşı cavab verməklə hədələyib ki, bu da maliyyə bazarlarında çaxnaşmaya səbəb olub.
“Bəzi narahatlıqlar olacaq, amma bu bizi narahat eləmir. Çox olmayacaq,” Tramp deyib.
Ötən həftə Oval Ofisdə Prezident Volodimir Zlenski ilə ABŞ-a Ukraynaın nandir torpaq minellarına çıxış verəcək razılıqla bağlı keçirilən gərgin görüşdən sonra Tramp bu həftənin əvvəlində Ukraynaya hərbi yardımı dayandırıb. Bu, onun Kyivə Rusiyanın ölkəyə hərbi müdaxiləsində qarşı mübarizəsinə qoymaq üçün razılığa getməyə təzyiq göstərmək səylərinin bir hissəsidir.
“Eyni zamanda biz Rusiya ilə ciddi müzakirələr aparmışıq və onların sülhə hazır olduğuna dair güclü siqnallar almışıq,” ABŞ Prezidenti bildirib.
Demokratların cavabını təqdim edən Miçiqandan senator Elissa Slotkin Trampın Zelenski ilə gərgin söz mübadiləsini vurğualyıb.
“Oval Ofisdəki o mənzərə sadəcə olaraq pis realiti şou epizodu deyildi. O, Trampın dünyaya bütöv yanaşmasını əks etdirdi. O, Vladimir Putin kimi diktatorlara yanaşmağa və kanadalılar kimi dostlarımıza zərbə vurmağa inanır. O, Amerika rəhbərliyini sadəcə olaraq bir sıra daşınmaz əmlak tranzaksiyaları kimi görür," o deyib.
Başqa Demmoekarlar da Tarmp çıxış edərkən öz etirazlarını nümayiş etdiriblər. Onlar Trampın qadın və ailələrə mənfi təsir gpstəridiyi dedikləri siyasətlərinə diqqət çəkmək üçün çəhrayı rəngdə geyiniblər. Onlar həmçinin əllərində üzərində “Mask oğurlayır” sözləri yazılan plakatlar tutublar ki, bununla da onlar texnologiya milyarderi İlon Maskın hökumət müqavilələrini ləğv etmək və on minlərlə federal işçini qovmaqla federal bürokratiyanı azaltmaq səlyərinə işarə ediblər.
“Bu dəyişikliyə müqavimət göstərən hər hansı federal bürokrat dərhal vəzifəsindən çıxarılacaq, çünki biz bataqlığı quruduruq,” Tramp deyib.
Slotkinin təqdimatı ilə Demorakların cavabı:
“İsrafı kəsmək istəyirsən, mən sənə bunu etməyə kömək edəcəm. Amma dəyişikliyin xaotik olmasına və ya bizi daha az təhlükəsiz etməsinə ehtiyac yoxdur. Amma bizim nüvə silahlarımızı qorumaq, təyyarələrimizin qəzaya uğramalarının qarşısını almaq və xərçəngə çarə tampaq üçün çalışan insanların düşüncəsiz şəkildə işdən çıxarılıb, iki gün sonra işə geri götürülmələri- Amerikada hansı şirkət rəhbəri bunu etsə, dərhal qovulardı.”
Tramp ABŞ-ın cənub sərhədini qanunsuz olaraq keçən miqrantların sayının azalmasında öz rolunu vurğulayıb.
“Media və bizim Demokratlar Partiyasındakı dostlarımız deyirdilər ki, bizim sərhədi müharizə etmək üçün yeni qanun layihəsinə ehtiyacımız var – amma belə çıxdı ki, bizə sadəcə olaraq yeni prezident lazım idi.”
Birinic ledi Melania Trampın yanında həyat təcrübələri onun həyat yoldaşının gündəliyini güclədnirən qonaqlar oturub. Onlar arasında qadınların idman növlərində transgender idmançıların iştirakına qarşı olan fəal, habelə sənədsiz immiqranlar tərəfindən öldürülən bir qadının ailəsi olub.
Tramp Panama Kanalanı geri almaq və Qrenladiyaya nzarəti ələ keçirməklə bağlı çağırışlarını təkrarlayıb, amma fələstinliləri Qəzzadan çıxarmaqla bağlı tələbini dilə gətirməyib. O, bir saat 40 dəqiqə boyuna danışıb ki, bu da prezidentlərin Konqres qarşısındakı etdikləri çıxışları arasında ən uzunudur.
Forum