Accessibility links

Kanada, Meksika və Çin Trampın tariflərinə cavab verəcəklərini bildiriblər


3 mart, 2025.
3 mart, 2025.

Çərşənbə axşamı Kanada, Meksika və Çin ABŞ prezidenti Donald Trampın onarın ABŞ-a ixracatlarına yeni tariflər tətbiq etməsindən sonra cavab olaraq Amerikadan idxal olunan mallara rüsumlar tətbiq edəcəklərini bildiriblər.

Birləşmiş Ştatlar çərşənbə axşamı iki ən böyük ticarət tərəfdaşı olan Meksika və Kanadadan ixraclara 25%-lik yeni tariflər tətbiq edib və Çin idxalına tətbiq olunan əvvəlki 10%-lik tarifi iki dəfə artıraraq 20%-ə çatdırıb.

Tramp ən yaxın qonşuları olan Meksika və Kanadaya tarifləri, onlar Trampın tələb etdiyi kimi qanunsuz miqrasiyanı və qanunuz narkotiklərin axınını azaltdığına dair iddialarına rəğmən tətbiq edib.

ABŞ-ın hər üç əsas fond indeksi Trampın açıqlamasından sonra kəskin şəkildə düşüb.

Trump, tariflərin ABŞ istehlakçıları və biznesləri üçün bəzi müvəqqəti iqtisadi çətinliklərə səbəb ola biləcəyini, üç ölkədən idxal olunan malların qiymətlərinin daha yüksək olacağını söyləyib. Lakin onun sözlərinə görə, uzun müddətdə bu, üç ölkədə fəaliyyət göstərən korporasiyaları tariflərdən yayınmaq üçün istehsalı ABŞ-a köçürməyə sövq edəcək.

Kanada Baş naziri Castin Trudo ölkəsinin “bu əsassız qərarı cavabsız qoymayacağını” bildirib və 107 milyard dollar dəyərində ABŞ mallarına 25 faizlik tarif tətbiq edəcəyini açıqlayıb.

Trudo deyib ki, Kanada Birləşmiş Ştatlara fentanil axınını dayandırmaq üçün sərhədə işçi və avadanlıq göndərib.

“Bu iş sayəsində - Birləmiş Ştatların əməkdaşlığı ilə - 2024-cü ilin dekabrı ilə 2025-ci ilin yanvarı arasında ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi Xidməti tərəfindən Kanadadan ələ keçirilən fentanilin miqdarı 97 faiz azalaraq, 0,01 kiloqrama yaxınlaşıb,” o deyib.

Trudo bildirib ki, Trampın qərarı “son dərəcə uğurlu ticarət əlaqələrini pozacaq” və tariflər amerikalıların ərzaq, benzin və maşınlar kimi mallara daha çox pul ödəmələrinə gətirib çıxaracaq.

Ticarətdən asılı iqtisadiyyatı ixraclarının 80 faizini ABŞ-a göndərən Meksika Prezidenti Klaudia Şeynbaum da ölkəsinin cavab olaraq tarif tətbiq edə biləcəyinə işarə edib.

“Bu, Birləşmiş Ştatlar hökumətindən, Birləşmiş Ştatlar prezidentindən asılı bir qərardır,” Şeynbaum bazar ertəsi Trampın şərhlərindən öncə deyib. “Ona görə də, onun qərarından asılı olaraq, biz də öz qərarlarımızı verəcəyik və orada bir plan var. Meksikada birlik var.”

Trump keçən ay Meksika və Kanadaya yeni tarifləri elan etdikdən sonra Şeynbaum narkotik axınının qarşısını almaq üçün Meksikanın ABŞ ilə sərhədinə 10 min əsgər göndərib.

Tramp və digər administrasiya rəsmiləri bu həftə ABŞ-Meksika sərhədini qanunsuz keçərkən saxlanılan insanların sayının fevral ayında rekord səviyyəyə düşdüyünü deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG