Accessibility links

Rusiya Ukraynanın şərqində iki kənd ələ keçirdiyini bildirir


Ukraynalı xilasedicilər 2025-ci il martın 1-də Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Xarkovda dron hücumundan sonra bir nəfəri xəstəxanadan təxliyə edirlər.
Ukraynalı xilasedicilər 2025-ci il martın 1-də Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Xarkovda dron hücumundan sonra bir nəfəri xəstəxanadan təxliyə edirlər.

Moskva şənbə günü Ukraynanın şərqində daha iki kəndi ələ keçirdiyini açıqlayıb. Kyiv rəsmiləri isə Rusiyanın hava hücumları nəticəsində bir nəfərin öldüyünü, 19 nəfərin yaralandığını bildiriblər.

Rusiya Müdafiə Nazirliyi qüvvələrinin şərqi Donetsk vilayətinin cənubunda yerləşən Sudne və Burlatske kəndlərini ələ keçirdiyini bəyan edib.

Bu kəndlər yanvar ayının sonunda Rusiya ordusu tərəfindən ələ keçirilmiş Velika Novossilka şəhəri yaxınlığında yerləşir.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Rusiya gecə boyunca 154 dron hücumu həyata keçirib. Onlardan 103-ü vurulub, 51-i isə radarlardan itib və heç bir zərər və ya itkiyə səbəb olmayıb.

Ukraynanın regional hakimiyyət orqanları bir nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını açıqlayıb.

Ukrayna prokurorluğunun təsdiqlədiyi məlumata əsasən, ölkənin cənubundakı Odesa vilayətində bir nəfər həyatını itirib, üç nəfər isə yaralanıb.

Şimal-şərqdə yerləşən Xarkiv vilayətində 12 nəfər, cənubdakı Xerson vilayətində isə daha iki nəfər yaralanıb.

Rusiya qüvvələrinin irəlilədiyi və Ukrayna qoşunları üçün vacib olan logistika mərkəzinə çevrilmiş Pokrovsk şəhərində isə iki nəfər yaralanıb.

Forum

XS
SM
MD
LG