Accessibility links

Ramzan Kadırov AZAL-ın qəzadan sağ çıxan bələdçilərini mükafatlandırıb


AZAL-ın qəzaya uğrayan təyyarəsi
AZAL-ın qəzaya uğrayan təyyarəsi

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Telegram kanalında ötən il dekabrın 25-i Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin bələdçilərini mükafatlandırmaq qərarı verib.

Açıqlamaya əsasən, qəzaya uğrayan “Embraer E190” sənişin təyyarəsindən sağ qurtulan, “fövqəladə cəsarət və yüksək peşəkarlıq” nümayiş etdirən stüardessalar Zülfüqar Əsədov və Aydan Rəhimli “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatına təqdim ediliblər. Kadırov həmçinin elan edib ki, təyyarə qəzasında həlak olanların xatirəsinə Qroznıda xatirə lövhəsi qoyulacaq.

“Uçuş zamanı sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin edən stüardessalar həmişə birinci sərnişinlərə dəstək olublar. Böhran qarşısında, gəmidəki hər kəsə kömək etmək üçün tez və qətiyyətlə hərəkət ediblər. Onların təlimi və fövqəladə hallara hazırlığı təsirin minimuma endirilməsində əsas rol oynayıb və onların fədakar hərəkətləri tərifə layiqdir. Biz onların fədakarlığına və peşəkarlığına görə dərin minnətdarlığımızı bildiririk. Onların əməlləri əsl xidmət və insanpərvərlik nümunəsi oldu. Biz onların sərnişinlərin təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələri xatırlayacağıq”, Kadırov bildirib.
Kadırov açıqlamasını Azərbaycan Prezidenti İlham Əliyevə və qəzada həlak olanların ailələrinə başsağlığı verməklə bitirib.

Kadırov təyyarənin qəzaya uğrama şəraiti ilə bağlı təfərrüatlara toxunmasa da, Çeçenistan rəhbərliyi daha öncə xəsarət alan sərnişinlərə, eləcə də ölənlərin yaxınlarına maddi yardım təklif edib. Azərbaycan mətbuatının yazdığına görə isə, rəsmi Bakı təklifi rədd edib və əvəzində Rusiyanın qəzaya görə üzr istəməsində israr edib.

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysnini həyata keçirən təyyarəsi Qroznı üzərində xarici təsirə məruz qaldıqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsinə təyyarədə olan 67 insandan 38-i həlak olub.

Azərbaycan mediası, həmçinin “Euronews” və “Reuters”, Rusiya hava hücumundan müdafiə sistemindən atılan raketin fəlakətə səbəb olması barədə materiallar dərc edib. Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin "faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə" üzrxahlıq edib.

Dekabrın 29-da Prezident İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi kənar təsirə məruz qalaraq zədələnib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron idaretmə vasitəsi ilə idarəolunmaz hala salınıb. İlham Əliyev təyyarənin təsadüfən vurulduğunu, amma Rusiya tərəfinin məsələni ört-basdır etmək istədiyini vurğulayıb. Bundan başqa, Azərbaycan Prezidenti Rusiyaya qarşı üzr istənilməsi, günahkarların cəzalandırılması və kompensasiya verilməsi kimi tələblər irəli sürüb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG