Accessibility links

Prokuror Fazil Qasımova 10 il iş istəyib


Fazil Qasımov (Sosial şəbəkə)
Fazil Qasımov (Sosial şəbəkə)

Fevralın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımovun məhkəmə iclası baş tutub. İclasda dövlət ittihamçısı məhkəmədən Qasımova 10 il hökm istəyib.

Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiylə ittiham olunur. Cinayət işində iddia olunur ki, o, 2023-cü ilin iyununda İstanbulda digər iqtisadçı Qubad İbadoğlu ilə görüşüb və ona saxta yüz dollarlıq əskinaslar verib, İbadoğlu isə saxta pulları Bakıda Anar Əliyev adlı şəxsə verib.

Qasımovla birlikdə mühakimə olunan Əliyevə qarşı saxta pul hazırlamadan əlavə qanunsuz silah saxlama ittihamı da irəli sürülüb. Lakin prokuror Əliyevin istintaqla əməkdaşlığını əsas gətirərək ona yalnız 5 il cəza istəyib.

Qasımovun vəkili Fuad Ağayev məhkəməyə müvəkkilinə qarşı ittihamın sübutunun olmadığını bildirib.

Məhkəmə prosesi martın 7-də təqsirləndirilən şəxslərin son sözlərini deməsi ilə davam edəcək.

2023-cü ilin iyununda Qubad İbadoğlu Londonda Qasımov da daxil olmaqla bir neçə azərbaycanlı fəalla birlikdə Azərbaycan Gənclərinin Təhsil Fondunu yaratdıqlarının anonsunu verib. Onun həmin vaxt dediyinə görə, fondun məqsədi Azərbaycan məmurlarının qanunsuz yolla əldə edib xarici ölkələrə daşıdıqları vəsaitləri əldə etmək və gənclərin təhsilinə sərf etmək olub.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs edilib və 2024-cü il aprelin 22-ə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

2024-cü il mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı istintaq qeyri-müəyyən müddətə dayandırılıb. Lakin o, həftədə iki dəfə polisdə qeydiyyatdan keçir, ölkədən çıxışına qadağa qoyulub.

Qasımov özü məhkəmədə bildirib ki, 2023-cü ilin avqustunda İstanbulda saxlanılıb Bakıya gətiriləndən sonra onu Qubad İbadoğlu ilə birlikdə yaratdıqları Azərbaycan Gənclərinin Təhsil Fondu barədə sorğu-sual ediblər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG