Accessibility links

Azərbaycan qlobal demokratiya indeksində yenidən “avtoritar rejim” kimi təsnif edilib


"Demoktariya İndeksi 2024"
"Demoktariya İndeksi 2024"

Azərbaycan “Economist Intelligence Unit” tərəfindən hazırlanan 2024-cü il üzrə “Demokratiya İndeksi”ndə 167 ölkə arasında 126-cı sırada yer alıb və yenidən “avtoritar rejim” kimi təsnif edilib.

Hesabatda demokratik geriləmə və avtoritarizmin güclənməsi ilə bağlı qlobal trendin 2024-cü ildə də davam etdiyi, qlobal demokratiya indeksi balının tarixi minimuma düşdüyü vurğulanır.

İndeksə əsasən, ötən il 167 ölkədən 130-nun göstəricilərində ya geriləmə qeydə alınıb, ya da heç bir irəliləyiş müşahidə edilməyib. Digər tərəfdən, 60 ölkə “avtoritar rejimlər” kimi təsnif edilib və tədqiqatçıların fikrincə, hazırda dünya əhalisinin 40 faizi avtoritar idarəçilik altında yaşayır.

Hesabatda mümkün 10 ballıq şkala üzrə 2.8 bal toplayan Azərbaycan da dünyanın ən repressiv dövlətlərindən biri kimi xarakterizə edilir.

İndeks müəllifləri qiymətləndirmə apararkən beş kateqoriya – seçki prosesi və plüralizm, hökumətin fəaliyyəti, siyasi iştirak, siyasi mədəniyyət və vətəndaş azadlıqları üzrə göstəriciləri nəzərə alırlar.

Daha sonra ölkələr bu kateqoriyalar üzrə əldə etdikləri ballardan çıxarılan ortalama nəticəyə əsasən, “tam demokratiya”, “qüsurlu demokratiya”, “hibrid rejim” və ya “avtoritar rejim” kimi təsnif edilir.

Müəlliflər qeyd edirlər ki, dünyada seçkilər ili kimi tanınan 2024-cü ildə 75 ölkədə milli səviyyədə seçkilər keçirilib, ancaq onların əksəriyyəti nə azad, nə də ədalətli olub. Üstəlik, demokratiyanın söz və birləşmə azadlığı kimi digər ilkin şərtləri də çatışmayıb.

“Özlərini demokratiya adlandıran, lakin avtokratiyaların bütün əlamətlərinə malik olan ölkələrdə seçki bülletenlərinin saxtalaşdırılması geniş yayılıb. Bunların bir çoxunda, o cümlədən Azərbaycan, Banqladeş, Belarus, İran, Mozambik, Pakistan, Rusiya və Venesuelada avtoritar rejimlər hakimiyyətdə qalmaq üçün əllərində olan hər vasitədən istifadə etdilər”, hesabatda qeyd edilir.

Azərbaycanda ötən il fevral ayında prezident seçkiləri, sentyarbr ayında isə parlament seçkiləri keçirilib. Azərbaycanlı rəsmilər seçkilərin şəffaf və qanunauyğun şəkildə keçirildiyini bəyan etsə də, beynəlxalq müşahidəçilər hər iki seçki prosesi barədə mənfi rəylər veriblər.

Azərbaycanın bu ilki “Demokratiya İndeksi”ndə ən pis nəticə göstərdiyi kateqoriya da məhz seçki prosesi və plüralizm olub. Ölkə bu kateqoriyada mümkün 10 baldan 0.5 bal toplaya bilib.

Digər kateqoriyalar üzrə göstəricilərə gəldikdə, hökumətin fəaliyyəti – 2.5 bal, vətəndaş azadlıqları – 2.65 bal, siyasi iştirak – 3.33 bal, siyasi mədəniyyət isə 5 balla qiymətləndirilib.

Ümumi balı 2.8 olan Azərbaycan 167 ölkə və ərazi vahidi arasında İraqla birgə 126-cı sırada yer alıb və builki indeksin “avtoritar rejimlər” kimi qiymətləndirilən 60 ölkəsindən biri olub.

“Avtoritar rejimlər” sırasında Azərbaycanın qonşu ölkələrindən 150-ci sırada yer alan Rusiya və 154-cü sırada yer alan İran da var.

“Hibrid rejimlər” kimi təsnif edilən Ermənistan 2023-cü illə müqayisədə 2 pillə irəliləyərək 82-ci sırada, Gürcüstan isə əksinə 5 pillə geriləyərək 94 sırada yer alıb. Eyni təsnifatda yer alan Türkiyə 103-cü sırada qərar tutub.

Ötən il indeksin ən yaxşı nəticə göstərən ölkəsi yenidən Norveç olub. İlk beşliyi Yeni Zelandiya, İsveç, İslandiya və İsveçrə tamamlayır.

Ən pis nəticə göstərən ölkələr isə Şimali Koreya, Myanma və Əfqanıstandandır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG