Accessibility links

Ekologiya Nazirliyi Azərbaycanda qanunsuz ov edən BƏƏ vətəndaşlarını cərimələyib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Ekoloji Təhlükəsizlik Xidməti Azərbaycanın Biləsuvar rayonu ərazisində qanunsuz ov edən iki xarici ölkə vətəndaşını cərimələyib. Bu barədə dövlət orqanı fevralın 26-da məlumat yayıb.

“Araşdırma zamanı onların Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi olduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilərək qanun pozucularının hər birinə 2,000 manat məbləğində cərimə tətbiq olunub”, deyə məlumatda bildirilib.

Dövlət qurumunun açıqlaması son günlərdə sosial şəbəkələrdə qanunsuz ovla məşğul olan turistlərin ictimailəşdirilməsindən sonraya təsadüf edir. Əvvəlcə fevralın 18-də ekoaktivist qrupu olan “Ecofront” Facebook səhifəsində ərəb turistlərin “Qırmızı Kitab”a daxil olan bəzgək quşunu ovladığı görünən, sosial media hesablarından götürülən fotoları yayımlayıb. Bir gün sonra isə qrup diri quşların və quş qalıqlarının olduğu görünən, Salyan rayonunda “Kür” hotelindən olduğunu iddia etdiyi fotoları paylaşıb.

Fevralın 20-də “Ecofront” BƏƏ vətəndaşı olduğunu iddia etdiyi turistin bəzgək quşu ilə çəkdirdiyi fotonu yayımlayıb və onun 3 il əvvəl də Acınohurda ovladığı nadir Qafqaz durnası ilə foto çəkdirdiyini təsbit edib. Bir gün sonra qrup Dubaydakı hakim ailədən olduğunu iddia etdiyi iki turistin də Azərbaycanda qanunsuz ov məqsədilə səfərdə olduğunu yazıb və onlardan birinin bəzgək quşu ilə fotosunu paylaşıb. Qrup əlavə edib ki, bu turistlər də illər əvvəl Acınohurda nadir quşların ovu ilə məşğul olublar.

“Ecofront” Ekoloji Təhlükəsizlik Xidmətinin açıqlamasına cavab olaraq bildirib ki, bu cəzaların hüquqi əsası yoxdur. “Çünki bəzgək kimi Qırmızı Kitab növlərinin ovlanması Cinayət Məcəlləsinin 258-ci (qanunsuz ov etmə) maddəsi ilə tənzimlənir. Bölüşdüyümüz faktlara görə ərazidə ov edən onlarla ərəb olub. Hətta eyni maddənin 258.3.2 (qabaqcadan əlbir olan şəxslər) bəndinə görə onların hər biri minimum 6000 AZN cərimələnə bilər, ovladıqları hər bəzgəyə görə 330 AZN (təbiətə dəymiş ziyan, Nazirlər Kabinetinin qərarı N 176) ödəməli idilər”, qrup qeyd edib.

“Görünür, ETSN cəmiyyətdəki haqlı etirazlara səssiz qalmamaq üçün belə məlumat bölüşüb. İstənilən halda bu cərimələrin həqiqətən ödədiyini göstərən heç bir mexanizm yoxdur. Hər il bu qaçdı-tutdu oyununun davam etməsi bizi məyus edir! Şəxsiyyətini təyin etdiyimiz qanunsuz ovçular cəzasız qalıb və ölkəni tərk edirlər”, qrup əlavə edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG