Accessibility links

DİN Nurlan Librenin evindən qızıl götürüldüyünü təkzib edir


Nurlan Libre
Nurlan Libre

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının (Libre) evindən qızıl-zinət əşyaları götürülməsinə dair iddiaya cavab verib.

Fevralın 27-də DİN-in mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov “Qafqazinfo”ya açıqlamasında iddianı təkzib edib. “[Nurlan Qəhrəmanlının evindən] 6650 manat və 975 ABŞ dolları aşkar olunaraq maddi sübut kimi götürülüb. Evdən hansısa qızıl-zinət əşyasının götürülməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir”, deyə o bildirib.

Daha öncə fevralın 25-də Nurlan Qəhrəmanlının (Libre)həyat yoldaşı Əsli Əlizadə “Facebook” səhifəsində jurnalistin saxlanıldığı gün evdə axtarış zamanı qaynanasına məxsus qızıl komplektinin polis tərəfindən götürüldüyünü yazmışdı. O, həmçinin evdən götürülən pul vəsaitinin Qəhrəmanlının ailəsinə məxsus olduğunu qeyd etmişdi.

“Siz Nurlanın ata-anasının öz halal pullarını istəmək üçün DİN-ə necə qorxa-qorxa getdiyini görsəydiniz, onların olmayan bir şeyi yalandan tələb edə biləcəkləri iddiasının necə absurd olduğunu bilərdiniz. Bu quldurlar əllərini-qollarını sallayaraq girib camaatın evini qarət edirlər. Oğurladıqları qızılları boyunlarına almırlar, camaatın əziyyətlə qazandığı pula da “maddi sübut” deyib talayırlar,” Əlizadə DİN-in açıqlamasına cavabında qeyd edib.

“Portağal Media”nın təsisçisi Nurlan Qəhrəmanlı (Libre) haqqında fevralın 21-də Xətai Rayon Məhkəməsində 1.5 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Jurnalistin “Meydan TV” ilə bağlı açılan cinayət işi çərçivəsində həbs edildiyi və qaçaqmalçılıqda ittiham olunduğu bildirilir.

Qəhrəmanlı həbsindən əvvəl çəkdiyi videomüraciətdə mümkün həbsi barədə danışaraq jurnalist fəaliyyəti ilə məşğul olduğunu və heç bir səhv iş görmədiyini deyib.

“6 ilə yaxındır müstəqil jurnalist fəaliyyəti ilə məşğulam. İndiyə kimi onlarla reportaj hazırlamışam, insan hüquqları pozuntularını hesabatlara salmışam, seçki saxtakarlıqlarını cəmiyyətə çatdırmışam, səssizlərin səsi olmuşam. Heç vaxt hazırladığım reportajlara görə peşman olmamışam”, Qəhrəmanlı deyib.

Azərbaycanda 2023-cü ilin sonralarından başlayaraq 20-dən çox jurnalist və media əməkdaşı həbs edilib. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında yer alıb.

Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları, o cümlədən CPJ hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edir.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Ancaq yerli hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 350-dən çox siyasi məhbusun olduğunu qeyd edirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG