Accessibility links

Tramp Ağ Evdə Britaniya Baş Naziri Starmerlə görüşüb


Böyük Britaniyanın Baş naziri Keir Starmer Vaşinqtonda Ağ Evdə Prezident Donald Tramp tərəfindən qarşılanıb. 27 fevral, 2025.
Böyük Britaniyanın Baş naziri Keir Starmer Vaşinqtonda Ağ Evdə Prezident Donald Tramp tərəfindən qarşılanıb. 27 fevral, 2025.

ABŞ Prezidenti Donald Tramp, Avropaya qarşı tarif təhdidləri və qitədən təhlükəsizliyi üçün Vaşinqtona daha az arxalanmasını tələb etməsi fonunda, Ukraynada davam edən münaqişə və ikitərəfli ticarət əlaqələrini müzakirə etmək üçün cümə axşamı Ağ Evdə Böyük Britaniyanın baş naziri Keir Starmeri qəbul edib.

Görüşdən öncə Tramp Kyivə hər hansı təhlükəsizlik zəmanəti vermək, o cümlədən ABŞ-ın, təklif olunan kimi, Ukrayna və Rusiya arasında potensial atəşkəsi tətbiq etmək üçün Avropa sülhməramlılarına dəstək verməsi mövzusunda ehtiyatlı davranıb ki, bu, Starmerin tələb etdiyi bir şərtdir.

“Ümid edirəm ki, sülhməramlılıqla bağlı narahat ola biləcəyimiz bir problemimiz olsun. Biz birinci bu yerə çatmalıyıq,” Tramp çərşənbə günü Ağ Evdə jurnalistlərə deyib. “Sülməramlılıq çox asandır. Çətin olan razılıq əldə etməkdir.”

Avropalı müttəfiqlər arasında gələcəkdə Ukraynaya qoşunların yerləşdirilməsi ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Böyük Britaniya Fransanın başçılığı ilə irəli sürülən təklifi dəstəkləyir, Polşa daxil olmaqla, digər ölkələr isə bunu rədd edir.

"Mən tamamilə əminəm ki, bizə atəşkəs deyil, davamlı sülh lazımdır və bunun baş verməsi üçün təhlükəsizlik zəmanətlərinə ehtiyacımız var," Starmer çərşənbə günü deyib və əlavə edib ki, Britaniya Ukrayna sülh razılaşmasının bir hissəsi kimi tədbiri dəstəkləmək üçün üzərinə düşəni edəcək, amma yalnız ABŞ-ın dəstəyi ilə.

Rusiya prezidenti Vladimir Putin Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı hər hansı təklifi rədd edir. O, cümə axşamı deyib ki, “Qərb elitaları” Moskva və Vaşinqton arasında yeni qurulmuş dialoqu pozmağa çalışır.

Tramp son həftələrdə müharibəni tez bir zamanda dayandırmaq üçün son zamanlarda tənqid etdiyi Kyiv və avropalı müttəfiqlərinin iştirakı olmadan Rusiya ilə birbaşa danışıqlara başlayıb O, sələfi, keçmiş prezident Co Bayden dövründəki ABŞ siyasətini kəskin şəkildə dəyişdirib. Belə ki, Bayden administrasiyasının müharibə ilə bağlı mövqeyi “Ukraynaya lazım olan müddətdə dəstək olmaq” və sülh danışıqları məsələsində “Ukrayna haqqında Ukraynasız heç nə” etməmək idi.

Trampın sülhməramlıların yerləşdirilməsi ilə bağlı mövqeyini aydınlaşdırmağı istənilən yüksək rütbəli administrasiya rəsmisi cümə axşamı jurnalistlərə deyib ki, “Minsk I-dən sonrakı, hətta II-Minskdən sonrakı münaqişə” səviyyəsində qoşunların yerləşdirilməsi ilə bağlı “narahatlıqlar” var.

Rəsmi 2014 və 2015-ci illərdə Ukrayna ilə Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiyanın dəstəklədiyi separatçılar arasında döyüşlərə son qoymaq məqsədi daşıyan müqavilələri nəzərdə tutub.

Rəsmi bildirib ki, əgər münaqişədə ABŞ-ın istədiyi kimi “işlək atəşkəs” əldə olunarsa, qoşun göndərməklə bağlı daha az narahatlıq, münaqişə “tərəflər arasında geniş əsası olan, konsensual sülh yolu ilə həll edilərsə” o zaman daha da az narahatlıq olar.

Müdafiə xərcələrini artırmaq

Görüşdən əvvəl, NATO üzvlərinin müdafiə xərclərini Ümumi Daxili Məhsullarının 5%-nə qədər artırmasını istəyən Tramp, Avropanın öhdəliklərini “artırmalı” olduğuna dair mövqeyini təkrarlayıb. O, çərşənbə günü Ağ Evdə jurnalistlərə deyib ki, amerikalı vergiödəyicilər "avropalıların ödədiklərindən daha çox ödəməməlidirlər."

Starmer çərşənbə axşamı Birləşmiş Krallığın müdafiə xərclərini 2027-ci ilədək ölkənin ÜDM-nin 2.5%, növbəti il isə 2.6%-nə artıracağını elan edib. Belə görünür o, bu addımı Trampı sakitləşdirmək üçün atıb.

“Bu həftə Prezident Trampla görüşəndə açıq deyəcəm: Mən bu əlaqələrin daha da güclənməsini istəyirəm,” Starmer Britaniya Parlamentinin üzvlərinə deyib və ölkəsinin ABŞ-la “ən vacib ikitərəfli ittifaqının” olduğunu vurğlayıb.

Starmer çərşənbə axşamı müxbirlərə deyib ki, müdafiə xərclərində artım Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi müdaxiləsindən sonra “üç ildir ki, hazırlanırdı.” Bu xərcləri kompensasiya etmək üçün Britaniya onsuz da azalan xarici yardım xərclərini ölkə ÜDM-nin 0.3 faizinə azaldacaq.

O, müdafiə xərclərini artırmaq qərarının Tramp Ukraynanın və ya avropalıların iştirakı olmadan Moskva ilə danışıqlar aparmaq üçün addımlar atmasından və ABŞ-ın Avropanın təhlükəsizliyinə dəstəyini azaltdığını açıq şəkildə deməsindən sonra “sürətləndirildiyini” etiraf edib.

“Prezident Tramp düşünür ki, biz daha çox iş görməliyik və mən onunla razıyam. Bu, mənim bu məsələdəki düşüncəmlə üst-üstə düşür,” Starmer deyib. O bildirib ki, o, növbəti ümummilli seçkidən sonra ən azı 2029-cu ildə işə başlayacaq növbəti parlamentdə müdafiə xərclərini 3 faizə artırmağı hədəfləyir.

Alman Marşal Fondunun Geostrategiya komandasının elmi işçisi Cesin Veberin dediyinə görə, Starmerin vurğulamalı olduğu əsas mesaj odur ki, avroplaılar Ukrayna ilə bağlı hər hansı müzairələrin bir hissəsi olmalıdır.

“Çünki maddi yükü avropalılara ötürüb, strateji öhdəlik və strateji düşüncəni ötürməmək çox qəribə olardı,” o, Amerikanın Səsinə deyib.

Stolkholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun topladığı ABŞ hökumətinin məlumatlarına əsasən, 2023-cü ildə ABŞ ÜDM-nin 3.4 faizini müdafiəyə xərcləyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG