Accessibility links

Aktyor Cin Hakman və həyat yoldaşı Nyu Meksikodakı evlərində ölü tapılıb


Aktyor Cin Hekman həyat yoldaşı Betsi Arakava ilə 60-cı İllik Qızıl Qlobus Mükafatları üçün Beverli Hillsə gəlib. Kaliforniya, 19 yanvar 2003-cü il.
Aktyor Cin Hekman həyat yoldaşı Betsi Arakava ilə 60-cı İllik Qızıl Qlobus Mükafatları üçün Beverli Hillsə gəlib. Kaliforniya, 19 yanvar 2003-cü il.

Oskar mükafatı laureatı olan amerikalı aktyor Cin Hakman və onun həyat yoldaşı çərşənbə günü ABŞ-ın cənub-qərbində yerləşən Nyu-Meksiko ştatındakı evlərində ölü tapılıblar.

Rəsmilər onların ölüm səbəbini araşdırdıqlarını, lakin cinayət şübhəsinin olmadığı qənaətinə gəldiklərini bildiriblər.

Səlahiyyətlilər onun vəziyyətini yoxlamağa getdiklərini və 95 yaşlı Hakman, onun 64 yaşlı pianoçu həyat yoldaşı Betsi Arakava və itlərinin ölü tapıldığını qeyd ediblər.

Hakman teatr və kino sahəsində uzun və uğurlu karyeraya malik olub. O, Brodvey tamaşalarında, televiziya seriallarında və 80-dən çox filmdə rol alıb.

O, 1971-ci ildə çəkilmiş "The French Connection" filmindəki roluna görə ən yaxşı aktyor nominasiyasında, 1992-ci ildə isə "Unforgiven" filminə görə ən yaxşı ikinci plan aktyoru nominasiyasında Oskar mükafatına layiq görülüb.

Hakmanın karyerasında üç digər Oskar nominasiyası da olub: 1967-ci ildə onu məşhurlaşdıran "Bonnie and Clyde", 1970-ci ildə "I Never Sang for My Father" və 1988-ci ildə "Mississippi Burning".

O, müxtəlif janrlarda – döyüş filmlərindən tutmuş trillerlərə və qeyri-adi komediyalara qədər fərqli ekran işlərində iştirak edib.

Oskar namizədliyi qazandığı filmlərlə yanaşı, "The Poseidon Adventure", "Young Frankenstein", "Superman", "Hoosiers", "The Birdcage" və "The Royal Tenenbaums" kimi məşhur filmlərdəki rolları ilə də tanınırdı.

Onun sonuncu filmi 2004-cü ildə çəkilmiş "Welcome to Mooseport" olub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG