Accessibility links

Mirzoyan Qarabağ separatçılarının məhkəməsini saxta adlandırıb


Ruben Vardanyan. Bakı Hərbi Məhkəməsi. 17 fevral, 2025. Foto: AZƏRTAC
Ruben Vardanyan. Bakı Hərbi Məhkəməsi. 17 fevral, 2025. Foto: AZƏRTAC

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 24-də BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 58-ci sessiyasında çıxış edərkən Azərbaycanda həbsdə olan, Qarabağdakı sabiq separatçı qurumun keçmiş rəsmilərinin məhkəməsinə toxunub.

Mirzoyan ilk dəfə olaraq sözügedən məhkəmə prosesini tənqid edib. O, həmçinin, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda ittiham edib.

"Bir il əvvəl bəyanatımda Ermənistanın qarşılaşdığı çətinliklərə geniş istinad etmişdim. Təəssüf ki, ölkəmizin böyük səylərinə baxmayaraq, həmin çətinliklərin əksəriyyəti hələ də həll olunmamış qalır. 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasına baxmayaraq, şərq qonşumuzdan gələn bəyanatlar Ermənistanın ərazi bütövlüyünü sual altına almaqda davam edir.

Bundan əlavə, hazırda 23 erməni şəxsə qarşı saxta məhkəmə prosesləri aparılır. Onlar Azərbaycanda əsassız olaraq saxlanılır və bu məhkəmələr ədalətli hüquqi prosedur standartlarına hörmətsizlik nümayiş etdirir", deyə o bildirib.

Azərbaycanda hazırda sabiq separatçı qurumda vəzifə tutmuş 16 nəfərin məhkəmə prosesi aparılır. Bunlardan aralarında qurumun üç keçmiş “prezidenti” adlandırılan - Arayik Harutyunyan, Arkadi Qukasyan və Bako Sahakyanın da olduğu 15 Qarabağ ermənisinin işi bir, biznesmen və “dövlət naziri” olmuş Ruben Vardanyanın işi isə ayrıca icraatda aparılır.

Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib. Əvvəlki iclaslarda olduğu kimi, müdafiə tərəfi vəsatət verərək məhkəmə tərkibinə etiraz ediblər. Məhkəmə isə vəsatəti təmin etməyib.

Fevralın 18-dən aclıq etdiyini bildirən Vardanyan məhkəməyə özünü yaxşı hiss etmədiyini bildirib. Hakim onun həkim müayinəsindən keçməsi üçün fasilə elan edib.

Fasilədən sonra dövlət ittihamçıları Vardanyana onun sabiq separatçı qurumda “dövlət naziri” vəzifəsinə təyinatı, Azərbaycanın həmin vaxt işğalda olan ərazilərində fəaliyyəti, habelə separatçı qurumun digər keçmiş rəsmiləri ilə əlaqələrinə dair suallar ünvanlayıb. Vardanyan suallara cavab verməkdən imtina edib. Növbəti məhkəmə iclası martın 4-ə təyin olunub.

Vardanyan və digər təsdiqləndirilənlər terrorçuluq, soyqırım, təcavüzkar müharibəyə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil olmaqla onlarla maddədə ittiham olunur. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilənlər 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda hərbi əməliyyatı və erməni əhalinin köçündən sonra Ermənistana keçməyə çalışarkən Azərbaycan sərhədçiləri tərəfindən həbs olunublar.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG