Accessibility links

Ukrayna rəsmiləri bildirir ki, Kyiv bölgəsinə dron hücumu olub, ölən var


Ukrayna rəsmləri çərşənbə günü bildirib ki, Rusiyanın dron hücumunda Kyiv bölgəsində ən azı bir insan ölüb, iki nəfər yaralanıb.

Kyiv qubernatoru Mikola Kalaşnik Telegram-da bildirib ki, hücum nəticəsində beş evə və dörd çoxmərtəbəli yaşayış binasına ziyan dəyib.

Vurulan dron qalıqları Ukraynanın şərqində Xarkiv regionunda yaşayış binalarına, universitet binalarına və teatra ziyan vurub. Bu barədə çərşənbə günü region qubernatoru məlumat verib.

Ukrayna ordusu çərşənbə günü bildirib ki, Rusiyanın gecə hücumlarında istifadə etdiyi 177 drondan 110-nu vurub.

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, Ukraynanın 130 dronunu məhv edib, onların yarısından çoxu Qara dəniz sahilindəki Krasnodar regionu üzərində vurulub.

Krasnodar qubernatoru Veniamin Kondratyev Telegram-da bildirib ki, hücumlarda üç rayonda evlərə ziyan dəyib, amma heç kim xəsarət almayıb.

Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri həmçinin Rusiyanın işğalı altında olan Krımda, Azov dənizində və Rusiyanın Bryansk və Kursk regionlarında dronları vurub.

Forum

XS
SM
MD
LG