Accessibility links

Heqset Braun haqda: 'Hazırki an üçün doğru adam deyil'


Heqset Braun haqda 'Hazırki an üçün doğru adam deyil'
please wait

No media source currently available

0:00 0:02:46 0:00

ABŞ-ın müdafiə naziri Pit Heqset həftə sonu Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general CQ Braunun istefaya göndərilməsinin səbəblərini açıqlayıb. Prezident Donald Tramp cümə günü sosial şəbəkədəki paylaşımı ilə ABŞ-ın yüksək səviyyəli hərbi rəhbəri işindən azad edib. Amerikanın Səsinin Pentaqondakı müxbiri Karla Babb ətraflı məlumat verir.

ABŞ-ın müdafiə naziri Pit Heqset prezident Donald Trampın ABŞ-ın yüksək səviyyəli hərbi rəhbəri - Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general CQ Braunu işdən çıxarmasının orduya siyasət elementinin gətirilməsi kimi qiymətləndirilə biləcəyi ilə bağlı narahatlıqları inkar edib.

“Bu, prezidentin ətrafında doğru insanların milli təhlükəsizlik yanaşmasını həyata keçirməsini istəməsinin göstəricisidir. Və mənim CQ Brauna böyük hörmətim var. Bir ay ərzində onu tanıdım. Şərəfli insandır. Bu an üçün doğru adam deyil", Heqset qeyd edib.

Tramp seçki kampaniyası zamanı ordudan “woke” ideologiyaları siləcəyini və bir çox yüksək səviyyəli lideri tez bir zamanda işdən azad edəcəyinə söz vermişdi. Bu, Heqsetin müdafiə naziri vəzifəsinə namizədliyi irəli sürülməzdən əvvəl podkastda paylaşdığı hədəflərdən biri idi.

"İlk növbədə, Birləşmiş Rəislər Komitəsinin sədrini işdən çıxarmalıdır", Heqset bildirib.

2022-ci ildə Braun Hərbi Hava Qüvvələrinin qərargah rəisi olarkən, o və Bayden administrasiyasındakı mülki həmkarı memorandumda ABŞ-ı “daha geniş təmsil edəcək” bir qüvvəyə nail olmaq üçün Hərbi Hava Qüvvələri zabitlərinin işə götürülməsində irqi və cinsi prinsipə əsaslanması qeyd edilmişdi.

Luis Kaldera Klinton administrasiyası dövründə ordu katibi vəzifəsində çalışıb.

“Yüksək rütbəli hərbi rəhbərləri əvvəlki administrasiyada təyin olunduqları və ya əvvəlki administrasiyanın siyasətini həyata keçirdikləri üçün cəzalandırmaq, onlardan bu administrasiyanın siyasətini həyata keçirmələrini gözləmələri sadəcə olaraq yanlışdır”, o bildirib.

Braunun işindən azad olunmasından başqa Heqset Hərbi Dəniz Əməliyyatları rəisi admiral Liza Frankettini, Hərbi Hava Qüvvələri Baş Qərargah rəisinin müavini general Cim Slayf və Ordu, Dəniz və Hərbi Hava Qüvvələri üçün hakim generalı vəzifəsindən azad edib.

"Onların yeganə afroamerikalı və Birləşmiş Qərargah Rəislərində xidmət edən yeganə qadını vəzifədən uzaqlaşdırdıqları heç kəs üçün sir deyil", Luis Kaldera bildirib.

Heqset ordunun gücünün onun müxtəlifliyində deyil, birliyində olduğunu deyərək ordunun öldürücülüyühərbi qüvvələrin əsas prioriteti edib.

"Gücümüz, mənşəyimizdən, necə böyüməyimizdən, cinsimizdən, irqimizdən asılı olmayaraq ortaq məqsədimizdir", Heqset qeyd edib.

Heqset sənədsiz miqrantların saxlandığı ABŞ hərbi obyektləri ilə yaxından tanış olmaq üçün çərşənbə axşamı Kubanın Quantanamo həbsxanasına yollanır. Daxili Təhlükəsizlik Departamenti oradakı hərbi obyektlərdə 17 immiqrasiya məhbusunu saxlayır. Tramp administrasiyası onlarla başqa miqrantı deportasiya etməzdən əvvəl Quantanamoda saxlayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG