Accessibility links

ADSEA: Azərbaycanda su tarifləri xərcləri tam qarşılamır


Su krantı
Su krantı

Fevralın 25-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov su tariflərinin xərcləri tam qarşılamadığını bildirib.

“Hazırda Azərbaycanda su tarifləri xidmətin faktiki xərclərini tam qarşılamır. Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər”, o jurnalistlərə verdiyi açıqlamada bildirib.

Azərbaycanda içməli suyun və tullantı sularının tarifi sonuncu dəfə 2021-ci ilin fevralın 1-də, 100% olmaqla artırılıb. Həmin vaxt Tarif Şurası tərəfindən ölkədə bir kubmetr su təchizatının tarifi əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik olması barədə qərar qəbul edilib.

Abbasovun açıqlaması sosial şəbəkə istifadəçiləri arasında su tariflərinin yenidən artırılacağı barədə ehtimallara yol açıb.

İqtisadçı Toğrul Vəliyevin Amerikanın Səsinə bildirdiyinə görə, Azərbaycanda su xidmətləri xərclərinin əksəriyyətini amortizasiya və əmək haqları təşkil edir, amma aidiyyatı dövlət qurumlarına dövlət büdcəsindən hər il vəsait ayrılır.

“Su təchizatında baş verən qəzalar da göstərir ki, infrastruktur köhnədir, yenilənməyib, təmir tələb edir və buna görə də öz növbəsində çoxlu sayda ştat tələb edir”, o qeyd edib.

Vəliyev bugünkü açıqlamanın hökumət üçün optimal yol olmadığını düşündüyünü bildirib.

“Çünki vətəndaşlardan yığacaqları vəsait də onlara kömək etməyəcək. Tarifləri 2 dəfə qaldırsalar belə, bu onları kompensasiya etməyəcək. Buna görə də bu yükü vətəndaşların üzərinə yıxmaq mənasızdır və inflyasiya ilə mübarizə aparan hökumət üçün ideal deyil”, o deyib.

Tariflərin differensiallaşdırılmasına gəldiksə isə Vəliyev bunun vətəndaşların suya tələbatının və istehlakının nəzərə alınaraq həyata keçirilməli olduğuna inandığını deyib.

“Əks halda, bu problemli olacaq,” o bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG