Accessibility links

Tramp Ağ Evdə Fransa liderini qəbul edib


Tramp Ukrayna müharibəsini bitirməyi müzakirə etmək üçün Fransa liderini qəbul edib
please wait

No media source currently available

0:00 0:04:02 0:00

Tramp Ukrayna müharibəsini bitirməyi müzakirə etmək üçün Fransa liderini qəbul edib

Prezident Donald Tramp bazar ertəsi Ağ Evdə Fransa prezidenti Emmanuel Makron ilə görüşdən sonra Ukraynada müharibəni dayandırmaq üçün Ukrayna və Rusiya ilə razılaşmaya yaxınlaşdığını bildirib.

Tramp Avropanı maliyyələşdirmədə daha böyük rol oynamağa, Paris isə Moskvadan daha çox qarantiyalar almağa çağırıb.

ABŞ prezidenti bazar ertəsi, artıq üç ildir davam edən müharibəni bitirmək üçün razılıq əldə etmək istəyini ifadə edib. O bildirib ki, buna Ukrayna ilə kritik minerallara dair saziş daxil olacaq. O, bu razılığın gələn həftə Ukrayna prezidenti tərəfindən imzalana biləcəyinə işarə edib.

"Hər iki tərəfdə böyük inamsızlıq var," Tramp deyib. “Ona görə də bunu indi etməyim yaxşıdır. Amma mən hesab edirəm ki, Rusiyanın xeyrinədir ki, sövdələşməyə getsin və Rusiyanı çox müsbət istiqamətdə aparmağa davam etsin. Bunu etmək lazımdır. Amma həqiqətən inanıram ki, o, razılaşmaq istəyir. Səhv edə bilərəm, amma onun razılaşma əldə etmək istədiyinə inanıram.”

Tramp Oval kabinetdə Avropanın Ukraynanı kreditlə dəstəklədiyini dediyi zaman Makron ehtiyatla düzəliş edib. O daha sonra Moskvaya etibar etməmək barədə xəbərdarlıq edib.

"Gəlin əvvəlcə... qiymətləndirilə, yoxlanıla və təsdiqlənə bilən bir şey əldə etməyə çalışaq," o, ingilis dilində deyib. “Və gəlin əmin olaq ki, biz qısa müddətdə kifayət qədər zəmanətlər hazırlayırıq. Və bununla əlaqəli əlaqə qurmağa hazırıq. Fransaya gəldikdə, bir çox avropalı həmkarlarım da əlaqə qurmağa hazırdır. Ancaq bizim Amerikanın dəstəyinə ehtiyacımız var, çünki bu, təhlükəsizlik zəmanətlərinin etibarlılığının bir hissəsidir. Bu, bizim kollektiv çəkindirmə imkanımızdır. Və məndə belə bir hiss var ki, prezidentin bu imkan var.”

Analitiklər iki liderin görüşlərində nələrə nail olduqlarından bəhs ediblər.

“Belə görünür, onlar Avropa sülhməramlılarının Rusiya və Ukrayna arasında sülhü təmin etməsinə razılaşıblar,” Vilson Mərkəzinin Kennan İnstitutunun baş elmi işçisi Vilyam Pomeranz deyib.

Ukrayna prezidenti Volodimir Zelenski ümidini ifadə edib və Vaşinqtonun rolunun vacibliyini vurğulayıb.

"Komandalarımız artıq ABŞ ilə Vaşinqtonda imzalamağı ümid etdiyimiz iqtisadi saziş üzərində məhsuldar şəkildə işləyir," o, ingilis dilində deyib. "Və Prezident Tramp, biz sizdən eşitmək istərdik, çünki bütün xalqımız, bütün ailələrimiz çox narahatdır: "Amerikadan dəstək olacaqmı? Amerika azad dünyanın lideri olacaqmı?" Mən sizinlə çox dürüst, çox dürüst olmaq istəyirəm: Bizim xalqımız üçün, ümumiyyətlə, həyat üçün Amerika dəstəyinin, Amerikanın köməyinin davam etməsi çox vacibdir.”

Ancaq başqa dünya liderləri Ukraynanın Səudiyyə Ərəbistanında Vaşinqton və Moskva arasında yüksək səviyyəli müzakirələrdən kənarda saxlanılmasından narahat olduqlarını bildiriblər. Bu yaxınlarda Ankarada Zelenski ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmçinin Rusiyanın heç də həmişə prosesin bir parçası olmadığını deyib.

“İstanbul prosesi istisna olmaqla, Rusiya indiyə qədər qurulan masalardan kənar tutulub və buna görə də istənilən nəticə əldə olunmayıb. Yeni prosesdən nəticə alınacaqsa, Ukrayna mütləq prosesə daxil edilməlidir və bü müharibəyə qarşılıqlı danışıqlar yolu ilə son qoyulmalıdır”, Ərdoğan deyib.

Rusiya prezidenti Vladimir Putin deyib ki, danışıqlar hələlik konkret xarakter daşımayıb.

"Telefon danışığı zamanı və Ər-Riyaddakı görüşdə biz şübhəsiz ki, Ukrayna böhranı ilə bağlı məsələlərə toxunduq," o bildirib. "Lakin bu, mahiyyət etibarilə müzakirə olunmayıb. Biz sadəcə olaraq buna yanaşacağımız barədə razılığa gəldik. Bununla belə, təbii ki, biz Avropa ölkələrinin iştirakını rədd etmirik."

Bəzi analitiklər xəbərdarlıq edirlər ki, Trampın razılaşma ideyası Ukrayna üçün sərfəli deyil.

“Biz bunu Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskinin legitimliyinə xələl gətirmək üçün atdığı addım kimi, ən pis halda isə Trampın Rusiyanın mövqeyini müdafiə etməsi kimi görməliyik ki, buna daha öncə seçkilərin Ukraynada danışıqlar prosesinin bir hissəsi olması da daxil idi, baxmayaraq ki, bu, tamamilə Ukraynanın daxili məsələsdir,” Xarici Əlaqələr Şurasının Avropa üzrə əməkdaşı Liana Fiks bildirib.

Avropada Ukrayna bazar ertəsi günü müharibənin üçüncü ildönümünü kədərli şəkildə qeyd edərkən Parisin ən məşhur simvolu olan Eyfel qülləsi Ukrayna bayrağının sarı və mavi rənglərində işıqlarla bəzədilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG