Bazar ertəsi Suriyada çoxdan gözlənilən milli dialoq konfransı işinə başlayır. Konfran keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra ölkənin siyasi gələcəyini müəyyənləşdirməyə kömə etmək məqsədi daşıyır.
Konfransın əsas sessiyası çərşənbə axşamı keçiriləcək və iştirakçılar keçid dövründə ədalət məhkəməsi, yeni konstitusiyanın strukturu, islahatlar və institutların qurulması, şəxsi azadlıqlar, vətəndaş cəmiyyətinin rolu və ölkə iqtisadiyyatını müzakirə etmək üçün seminarlar keçirəcək.
Milli dialoqın nəticələri ölkənin yeni liderləri üçün məcburi olmayan tövsiyələr olacaq.
Dekabrda üsyançılarn qəfil hücumla Əsədi devirməsindən qısa müddət sonra ölkənin yeni hakimiyyət orqanlarının vəd etdiyi konfrans planları son dəqiqəyə qədər dəyişirdi. Konfransın tarixi bazar günü, işinə başlamazdan bir gün əvvəl elan edilib.
Bu açıqlamadan iki gün əvvəl milli dialoqu təşkil edən komitənin sözçüsü Həsən əl-Daqim, konfransın tarixinin müəyyən edilmədiyini və vaxtın “vətəndaşların müzakirəsinə” verildiyini bildirmişdi.
O, həmçinin iştirakçıların sayının hələ müəyyən edilmədiyini və 400-dən 1000-ə qədər ola biləcəyini demişdi.
Bazar ertəsi yekun rəqəmin nə olacağı və dəvət olunmuş iştirakçıların necə seçildiyi hələ də bəlli deyil.
Komitə bazar günü bildirib ki, Suriyanın əyalətləri üzrə 30-dan çox iclas keçirib və bu toplantılara “Suriya cəmiyyətinin müxtəlif komponentlərinin təmsil olunmasını təmin etmək üçün” 4000-ə yaxın adam qatılıb. Bu haqda məlumatı isə dövlət xəbər agentliyi SANA yayıb.
Bildirilir ki, iştirakçılar dəfələrlə müvəqqəti konstitusiya bəyannaməsi, iqtisadi plan, hökumət sektorlarının yenidən strukturlaşdırılması, vətəndaşların institutların idarə olunmasına cəlb edilməsi, təhlükəsizlik və sabitliyin gücləndirilməsinə çağırışlar edib.
Forum