Accessibility links

Salar Tahir Əfşarın Sepahın Təbrizdəki təcridxanasına köçürüldüyü bildirlir


Güneyli fəal Salar Tahir Əfşar
Güneyli fəal Salar Tahir Əfşar

Urmiyədə yaşayan türk fəal, Salar Tahir Əfşar, İran İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı və bu qurumun Təbrizdəki təcridxanasına köçürüldüyü bildirilir.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, o, əvvəlcə Urmiyədə fevralın 18-də işyerində Sepahın kəşfiyyat qüvvələri tərəfindən saxlanılıb və oradan şəhərin Kəşfiyyat Nazirliyinin təcridxanasına aparılıb. Daha sonra isə Təbrizdəki Sepah təcridxanasına köçürülüb.

Məlumata görə, o, Təbrizə aparılmadan öncə Urmiyə İnqilab Məhkəməsinə çıxarılıb və barəsində cinayət işi açılıb.

Bu fəala qarşı yeni bir iş açıldığı ehtimal edilir, lakin hələlik dəqiq detallar paylaşılmayıb və onun ailəsi ilə əlaqə qurmasına icazə verilmir.

Salar Tahir Əfşar İranda azərbaycanlıların hüquqlarını dinc yollarla müdafiə edir və daha əvvəl dəfələrlə mədəni fəaliyyətinə görə saxlanılıb, təhlükəsizlik qurumlarının təzyiqlərinə məruz qalıb.

Bundan əlavə, onun əvvəlki işi ilə bağlı ailəsinə bir bildiriş göndərilib. Bildirişə əsasən, o, beş gün ərzində 5 il həbs cəzası ilə əlaqədar Tehrandakı hökmlərin icra şöbəsinə müraciət etməlidir. Lakin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılması onun məhkəməyə müraciət etməsinə mane olub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG