Azərbaycan Baş naziri Əli Əsədov İran paytaxtı Tehrana işgüzar səfəri çərçivəsində fevralın 18-də İran İslam Respbulikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.
Azərbaycan və İran dövlət medialarının verdiyi məlumata görə, onlar Azərbaycan-İran münasibətlərinin dostluq və mehriban qonşuluq prisipi əsasında inkişafı ilə əlaqəli məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
Tərəflər nəqliyyat, enerji, və neft və qaz sahəsində layihələrin icrası ilə əlaqədar məsələləri nəzərdən keçiriblər.
Məlumatda deyilir ki, onlar həmçinin Tehranda keçirilən 3-cü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulayıblar və Əli Əsədov Azərbaycanın Xəzər dənizinə “sülh, dostluq və əməkdaşlıq dənizi” kimi baxdığını diqqətə çatdırıb.
İran dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, fevralın 17-də start verilən və iki gün davam edən 3-cü Xəzər İqtisadi Forumunun məqsədi Xəzəryanı dövlətlər arasında iqtisadi və ticari əməkdaşlığı genişləndirməkdir.
İranın vitse-prezidenti Məhəmməd Reza Arefin ev sahibliyi ilə keçirilən 3-cü Xəzər İqtisadi Forumunda Rusiya, Türkmənistan, Qazaxıstan və Azərbaycanın baş nazirləri iştirak edib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yaydığı məlumata əsasən, Baş nazir Əli Əsədov çıxışında bu forumun Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platforma olduğunu qeyd edib.
Əli Əsədov Azərbaycanla Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bildirib.
O, 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində imzalanan və 2023-cü ildə qüvvəyə minən Xəzəryanı dövlətlərin hökumətləri arasında iqtisadi-ticari əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinin ticarət, sənaye, kənd təsərrüfatı, turizm sahələrində və digər sektorlarda praktik tədbirlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Məlumatda deyilir ki, Əli Əsədov həmçinin yaşıl energetika və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın regiona sabit və ekoloji cəhətdən təhlükəsiz gələcək təmin etdiyini vurğulayıb.
“Bu baxımdan regionumuzda ilk dəfə keçirilən COP29 iqlim konfransının əhəmiyyətini qeyd etmək istərdim. Belə əlamətdar beynəlxalq tədbirin keçirilməsi Xəzər regionunun qlobal iqlim gündəmindəki əhəmiyyətini təsdiqləyir və investisiyaların ekoloji cəhətdən təmiz texnologiyalara və davamlı inkişafa fəal cəlb edilməsinə kömək edir”, o bildirib.
Forum