Accessibility links

Marağada türk dilində kitablar paylayan fəal həbs edilib


Məhəmməd Əsədi
Məhəmməd Əsədi

Azərbaycanlı fəal Məhəmməd Əsədi Şərqi Azərbaycan vilayətində yerləşən Marağa şəhərində məktəblərdə Azərbaycan türkcəsində hekayə kitabları payladığına görə təhlükəsizlik qüvvələri tərəfindən çağırılaraq həbs edilib.

Bu barədə hüquq müdafiəçisi Sina Yusifi X hesabında məlumat yayıb. Məlumata görə, o, 22 fevral şənbə günü saxlanılaraq şəhərin həbsxanasına köçürülüb.

Bildirilir ki, fəal şəxsi vəsaiti hesabına ölkənin rəsmi nəşriyyatlarında çap olunmuş və nəşr icazəsi olan Azərbaycan türkcəsində hekayə kitablarını alaraq, 21 fevral Beynəlxalq Ana Dili Günündə məktəb şagirdləri arasında paylayıb. Lakin bu fəaliyyəti təhlükəsizlik qüvvələrinin təzyiqləri və təqibləri ilə qarşılanıb.

Məhəmməd Əsədiyə qarşı irəli sürülən ittihamlar və məhkəmə prosesi ilə bağlı məlumat yoxdur.

21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə İran Azərbaycanının şəhərlərində milli fəallar müxtəlif yaş qrupları üçün Azərbaycan türkcəsində hekayə kitabları və Azərbaycan türkcəsinin qrammatikasını öyrədən kitablar paylayıblar.

Türk dil hüquqları uğrunda dinc mübarizə aparan fəallar öz fəaliyyətlərinin ölkə qanunvericiliyinə uyğun olduğunu bildirsələr də, İran hakimiyyəti onları davamlı təzyiq altında saxlayır. Bir çox hallarda isə bu fəallar həbs və ağır cəzalarla üzləşirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG