Təbrizdə azərbaycanlı rəqs müəllimi Rəha Əhədpurun İnstagram səhifəsi kibernetika polisi tərəfindən silinib.
Araz News, Demokratlar və Az News-un yaydığı xəbərlərə görə, İranın kiber polisi azərbaycanlı rəqs müəllimi Rəha Əhədpuru dindirərək ondan iltizam alıb və onun İnstagram səhifəsindəki bütün paylaşımları silib.
O, İnstagram səhifəsində mürəkkəbli barmağının şəklini paylaşaraq ondan iltizam alındığını göstərib. O, yazıb: "Kiber polisinin göstərişi ilə bütün paylaşımlar silindi."
Bu azərbaycanlı rəqs müəllimi və incəsənət fəalına İran kiber polisinin təzyiq göstərməsinin dəqiq səbəbi məlum deyil. Lakin dəfələrlə İran Azərbaycanında incəsənət xadimləri, xüsusilə qadınlar təhlükəsizlik qüvvələri və kiber polisin basqıları ilə üzləşiblər.
Forum