Accessibility links

 
Tramp İordaniya kralı Abdulla ilə danışıqlarda Qəzzanın nəzarətə keçirilməsi planlarına dair səylərini daha da artırır

Tramp İordaniya kralı Abdulla ilə danışıqlarda Qəzzanın nəzarətə keçirilməsi planlarına dair səylərini daha da artırır


Tramp İordaniya kralı Abdulla ilə danışıqlarda Qəzzanın nəzarətə keçirilməsi planlarına dair səylərini daha da artırır
please wait

No media source currently available

0:00 0:02:56 0:00

ABŞ prezidenti Donald Tramp İordaniya kralı II Abdullanın onun Qəzzanı nəzarətə keçirmək planını dəstəkləməsi üçün səylərini daha da artırır. Çərşənbə axşamı Ağ Ev görüşü HƏMAS və İsrail arasında kövrək atəşkəsin uzadılmama riski fonunda baş tutub. Bu barədə Amerikanın Səsinin Ağ Ev Bürosunun rəhbəri Patsi Vidakusvara məlumat verir.

Qəzza zolağındakı fələstinlilər HƏMAS-ın israilli girovların azad edilməsinin növbəti məhrəhəlisini təxirə salmaqla hədələməsindən və ABŞ prezidenti Donald Trampın atəşkəsi ləğv etmək çağırışından sonra müharibənin qayıdışından narahatdırlar.

“Bu qədər müharibə kifayətdir. Biz ölümü arzulamağa başlamışıq”, Qəzza sakini Samia Camal bildirib.

Çərşənbə axşamı Ağ Evdə İordaniya Kralı II Abdullanı qəbul edərkən Tramp Qəzzada nəzarəti ələ keçirmək planına dair səylərini daha da artırıb.

“Düşünürəm ki, bu, fələstinlilər üçün möhtəşəm olacaq. Onlar buna valeh olacaqlar. Daşınmaz əmlak işində çox yaxşı olmuşam. Sizə daşınmaz əmlak haqqında məlumat verə bilərəm. Onlar buna vurulacaqlar”, Tramp deyib.

Fələstinlilər İordaniya, Misir və digər müxtəlif ölkələrlə birlikdə Trampın təxminən 1,9 milyon Qəzza sakinini qonşu ölkələrə zorla köçürmək planını rədd ediblər.

Yalnız Qəzzada xərçəng və digər xəstəliklərdən əziyyət çəkən 2000 uşağı dərhal qəbul edəcəyini bildirən Kral Abdulla Trampın əks təklifini bölüşmək dəvətindən imtina edib.

“Hesab edirəm ki, Misir və ərəb ölkələrinin planı olduğunu nəzərə almalıyıq. Bizi Məhəmməd bin Salman Ər-Riyadda müzakirələr aparmaq üçün dəvət edir. Düşünürəm ki, məsələ bu işi necə hamı üçün faydalı şəkildə etməkdir”, İordaniya Kralı Abdullah II bildirib.

Bu, İordaniyanın xarici yardım üçün asılı olduğu əsas müttəfiqi ilə əlaqələri davam etdirməli olan Abdulla üçün yüksək riskli görüşdür.

Tramp bazar ertəsi yardımı dayandıracağını bildirib, lakin çərşənbə axşamı bundan geri çəkilib.

İordaniyalıların çoxu köçkün fələstinlilərin nəslindəndir. Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutundan Qait al-Omari deyir ki, Abdullah Trampın planını dəstəkləsə, bu, böyük siyasi və iqtisadi problemlər yaradacaq və HƏMAS-a daxil olmağa imkan verəcək.

“HƏMAS təkcə terror baxımından daxili problemlər yarada bilməz, həm də İordaniyanın İsrailə hücumlar üçün meydançaya çevriləcəyi qorxusu var. Bütün bunlar İordaniyanın sabitliyinə və bəlkə də sağ qalmasına çox, çox ciddi təhlükələr yaradacaq”, o bildirib.

Əl-Omari deyib ki, Trampın hakimiyyəti ələ keçirmə planı HƏMAS-ın atəşkəsi davam etdirməsi üçün stimulu aradan qaldırır.

Bazar ertəsi ABŞ-ın təyin etdiyi terror qruplaşması İsrailin atəşkəs rejimini pozduğunu iddia edərək, növbəti planlaşdırılmış girovların azad edilməsini təxirə salmaqla hədələyib.

Tramp və İsrailin baş naziri Benyamin Netanyahu eyni ultimatumla cavab veriblər.

“Nazirlər Kabinetində yekdilliklə qəbul etdiyim qərar belədir: Əgər HƏMAS girovlarımızı şənbə günü günortaya qədər qaytarmasa, atəşkəs sona çatacaq və İsrail Müdafiə Qüvvələri HƏMAS məğlub olana qədər intensiv döyüşlərə qayıdacaq”, Netanyahu bildirib.

Tramp bildirib ki, İsrail müharibədən sonra Qəzzanı ABŞ-a təslim edəcək.

“Biz nəsə almayacağıq. Biz buna sahib olacağıq, onu saxlayacağıq və əmin olacağıq ki, sülh olacaq və heç bir problem olmayacaq və heç kim buna şübhə etməyəcək”, Tramp açıqlama verib.

Qəzzalılar isə bununla razılaşmayacaqlar.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə bağlı atəşkəs təklifini müzakirə edəcək
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:25 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Prezident Trampın Konqresin birgə iclasında məruzəsi. Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylər.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:30:36 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG