"Azərbaycan Hava Yolları" QSC (AZAL) və İsrailin "El Al" aviaşirkəti kod-şer (paylaşma) razılaşması imzalayıb. Bu barədə AZAL X Platformasında məlumat yayıb.
Məlumata görə, əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri bir-birinin həyata keçirdiyi reyslərdən yararlana biləcəklər.
"Belə ki, “EL AL”ın kodu (LY) AZAL-ın Tel-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq.
“Matmid” loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar", məlumatda deyilir.
Bununla yanaşı məlumatda qeyd edilir ki, biletləri hər iki aviaşirkətin rəsmi saytından və ya tur-agentliklər vasitəsilə əldə edə etmək olar.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Tel-Əviv) və əks istiqamətdə reyslərin bəzi hallarda dayandırılması barədə qərar vermişdi.
Forum