Accessibility links

Tramp polad və alüminium idxalına 25%-lik yeni tariflər elan edəcəyini deyib


ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü ABŞ-a bütün polad və alüminium idxalına 25%-lik yeni tarifləri elan edəcəyini deyib.

Air Force One-da jurnalistlərə danışan Tramp eyni zamanda, demək olar ki, dərhal qüvvəyə minəcək qarşılıqlı tarifləri çərşənbə axşamı və ya çərşənbə günü elan edəcəyini bildirib.

Tramp prezidentliyinin ilk dövründə polad üçün 25% və alüminium üçün 10% tariflər tətbiq etmişdi, lakin daha sonra Kanada, Meksika və Braziliya da daxil olmaqla, bir neçə ticarət tərəfdaşına rüsumsuz kvota vermişdi.

Keçmiş prezident Co Bayden bu kvotaları Britaniya, Yaponiya və Avropa İttifaqına uzatdı və ABŞ polad zavodunun gücündən istifadə son illərdə azalıb.

Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, yeni tariflər polad və alüminium üçün mövcud rüsumlara əlavə ediləcək.

Cümə günü Tram, bu həftə bir çox ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini - ticarət tərəfdaşlarının tariflərinə uyğun olaraq ABŞ tarif dərəcələrini artıracağını açıqlayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə bağlı atəşkəs təklifini müzakirə edəcək
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:25 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Prezident Trampın Konqresin birgə iclasında məruzəsi. Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylər.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:30:36 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG