Accessibility links

Rusiya ordusu Ukraynaya 150-dən çox pilotsuz uçuş aparatı ilə hücum edib


Fevralın 9-na keçən gecə Rusiya ordusu 151 pilotsuz təyyarədən istifadə edərək Ukrayna ərazisinə hücum edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilir.

Ukrayna hərbçiləri bildiriblər ki, hava hücumundan müdafiə qüvvələri 14 regionda - Kyiv, Xarkiv, Poltava, Sumı, Çerkassı, Çerniqov, Kirovohrad, Vinnitsa, Jitomir, Rivne, Volın, Mıkolayiv və Xersonda 70 “Şahed” pilotsuz uçuş aparatını və dron imitasiyasını vurub.

Ukrayna Silahlı Qüvvələrinin iddiasına görə, 74 pilotsuz təyyarə "mənfi nəticələr olmadan" " itib". Bildirilib ki, Rusiya hücumu Kyiv, Sumı, Dnepropetrovsk, Xarkov, Jitomir və Volın vilayətlərinə təsir edib.

Kyiv vilayətinin hərbi administrasiyası PUA-nın kütləvi hücumunun ciddi nəticələr vermədiyini və itkilərin olmadığını bildirib.

Obuxov rayonunda vurulan pilotsuz uçuş aparatının tullantıları tikilməkdə olan çoxmərtəbəli binanın ərazisinə düşüb və binanın fasadına ziyan vurub.

Sumı vilayətində Rusiyanın 11 pilotsuz təyyarəsi vurulub. Nəticələr barədə məlumat verilməyib. Çerkassı vilayəti administrasiyasının rəhbəri İqor Taburets Ukrayna hava hücumundan müdafiə qüvvələrinin bölgə səmasında 4 pilotsuz uçuş aparatının vurduğunu, xəsarət alan olmadığını yazıb.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi fevralın 9-na keçən gecə hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın 8 bölgəsinə hücum edən və Krımda 36 pilotsuz təyyarəni vurduğunu bildirib.

Nazirliyn məlumatına görə, Kursk vilayəti üzərində 18, Oryol vilayəti və Krasnodar diyarı üzərində hər biri 4, Voronej və Rostov vilayətləri üzərində hər biri 3, Bryansk, Tula, Leninqrad vilayətləri və ilhaq edilmiş Krım üzərində bir pilotsuz təyyarə vurulub.

Hücuma məruz qalan bütün bölgələrdə yerli hakimiyyət iddia edir ki, PUA-nın zərbəsi nəticəsində heç bir fəsad yoxdur və heç kim xəsarət almayıb.

Fevralın 9-na keçən gecə və səhər saatlarında Sankt-Peterburq, Volqoqrad və Nijni Novqorod hava limanlarında təyyarələrin uçuşlarına məhdudiyyətlər tətbiq edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə bağlı atəşkəs təklifini müzakirə edəcək
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:25 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Prezident Trampın Konqresin birgə iclasında məruzəsi. Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylər.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:30:36 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG