Accessibility links

Ağ Ev qlobal reaksiya fonunda Trampın Qəzza ilə bağlı planına aydınlıq gətirir


Ağ Ev qlobal reaksiya fonunda Trampın Qəzza ilə bağlı planına aydınlıq gətirir
please wait

No media source currently available

0:00 0:03:30 0:00

Ağ Ev çərşənbə günü ABŞ prezidentinin Qəzzanın gələcəyi ilə bağlı açıqlamalarına aydınlıq gətirərək bildirib ki, prezident Donald Tramp Qəzzanı “Yaxın Şərqin Rivyerası”na çevirmək planı üçün ABŞ hərbi qüvvələrindən istifadə edilməsini öhdəsinə götürməyib və fələstinlilərin köçürülməsi yalnız müvəqqəti xarakter daşıyacaq. Bu, qlobal səviyyədə reaksiyaların verildiyi və BMT-nin “hər hansı formada etnik təmizləmə” ilə bağlı xəbərdarlıq etdiyi bir vaxt baş verib. Amerikanın Səsinin Ağ Ev Bürosunun rəhbəri Patsi Vidakusvara məlumat verir.

Qəzza əhalisinin təxminən dörddə biri, beş yüz mindən çox fələstinli Qəzzanın şimalına keçib. Onlar prezident Donald Trampın ABŞ-ın fələstinlilərin ərazisinə nəzarəti ələ keçirəcəyi ilə bağlı bəyanatına etiraz edirlər.

Qəzza sakini Samiha Zaher: “Tramp bizi yerimizdən edə biləcəyini və ya çıxara biləcəyini düşünürsə, xəyal qurmağa davam edə bilər.”

Çərşənbə axşamı Trampdan Qəzzaya nəzarəti ələ keçirmək üçün Amerika qüvvələrini göndərib-göndərməyəcəyi soruşuldu.

ABŞ prezident Donald Tramp: “Qəzzayə gəldikdə, biz lazım olanı edəcəyik. Lazım gəlsə, bunu edəcəyik. Biz həmin əraziyə nəzarəti ələ alacağıq”.

Ağ Evin sözçüsü Karolin Leavitt çərşənbə günü onun sözlərinə aydınlıq gətirib.

Ağ Evin sözçüsü Karolin Levitt: “Bu, o demək deyil ki, Qəzzaya qüvvə göndəriləcək. Bu o demək deyil ki, Amerika vergi ödəyiciləri bu səyləri maliyyələşdirəcəklər. Bu o deməkdir ki, planetdə ən yaxşı danışıq aparan şəxs olan Donald Tramp regiondakı tərəfdaşlarımızla razılaşma əldə edəcək”.

Lakin Trampın fələstinliləri qəbul etmək üçün təzyiq göstərdiyi iki qonşu ölkə olan İordaniya və Misir də daxil olmaqla, regiondakı tərəfdaşlar bu fikri qınayıb.

İordaniya kralı Abdulla çərşənbə günü Əmmanda Fələstin prezidenti Mahmud Abbas ilə görüş keçirib. Eyni gün Fələstinin yüksək səviyyəli rəsmiləri Qahirədə Misirin xarici işlər naziri ilə görüşüblər. Onlar iki dövlətli həllin zəruriliyini vurğulayıblar.

BMT baş katibi Antonio Quterres də bunu bildirib.

BMT baş katibi Antonio Quterreş: “Beynəlxalq hüququn fundamental prinsiplərinə sadiq qalmaq çox vacibdir. İstənilən formada etnik təmizləmənin qarşısını almaq vacibdir”.

Ərəb dünyasının geosiyasi və mədəni lideri olan Səudiyyə Ərəbistanı dövlət televiziyası vasitəsilə Fələstin dövlətinə dəstəyin “möhkəm, qətiyyətli və sarsılmaz” olduğunu bildirib.

“Bu qəti mövqe müzakirə və alqı-satqı mövzusu deyil”, dövlət televiziyasında bildirilib.

Bu bəyanat Trampın bundan öncə səudiyyəlilərin fələstinlilər üçün ərazi tələb etmədiyinə dair iddiası ilə ziddiyyət təşkil edir.

ABŞ prezident Donald Tramp: “Səudiyyə Ərəbistanı çox kömək edəcək və onlar çox kömək ediblər. Onlar Yaxın Şərqdə sülh istəyirlər”.

Səudiyyəlilər təhlükəsizlik və enerji sazişi müqabilində İsrailin tanınması üçün Bayden administrasiyası ilə danışıqlar aparırdılar.

Lakin danışıqlar HƏMAS-ın 2023-cü il oktyabrın 7-də hücumu və İsrailin əks-hücumuna görə dayandırılıb.

Səudiyyəlilərlə razılaşma 2020-ci ildə Trampın vasitəçiliyi ilə İsrail və ərəb ölkələri arasında münasibətləri normallaşdıran İbrahim Razılaşmalarını genişləndirəcəkdi. Lakin Ər-Riyad ən azı hələlik daha ehtiyatlı olacaq.

London İqtisadiyyat Məktəbinin eksperti Madavi Al-Raşid: “[Səudiyyə Ərəbistanı vəliəhdi] Məhəmməd bin Salman hazırda prezident Trampın planının həyata keçirilməsində özü üçün heç bir fayda görmür, yeri gəlmişkən, bu, hiddət doğurur və bütün dünya buna qarşıdır”.

Buraya Çin və Rusiya kimi ABŞ-ın rəqibləri və Almaniya, Fransa və İngiltərə kimi müttəfiqləri də daxildir.

Böyük Britaniyanın baş naziri Kir Starmer: “Onların evə qayıtmasına izin verilməlidir. Onlara yenidənqurma üçün icazə verilməlidir və biz iki dövlətli həll yolunda bu yenidənqurma prosesində onlarla olmalıyıq.”

Ağ Ev bildirir ki, Trampın hazırda planı fələstinlilərin yalnız müvəqqəti məskunlaşdırılmasıdır.

Ağ Evin sözçüsü Karolin Levitt: “Bura heç bir insanın yaşaması üçün əlverişli yer deyil. Düşünürəm ki, insanların belə ağır şəraitdə yaşamasını təklif etmək əslində çox pisdir”.

Levitt bildirib ki, Tramp yaxın günlərdə region liderləri ilə danışıqlar aparacaq.

Bu arada nümayişçilər ABŞ-ın müxtəlif şəhərlərində toplaşaraq Trampın Qəzzaya dair ilk addımlarına etiraz ediblər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG