Accessibility links

 
Tramp ABŞ-ın müharibədən zərər çəkmiş Qəzzaya nəzarəti üzərinə götürəcəyini bildirib

Tramp ABŞ-ın müharibədən zərər çəkmiş Qəzzaya nəzarəti üzərinə götürəcəyini bildirib


Tramp ABŞ-ın müharibədən zərər çəkmiş Qəzzaya nəzarəti üzərinə götürəcəyini bildirib
please wait

No media source currently available

0:00 0:02:43 0:00

ABŞ prezidenti Donald Tramp Qəzza əhalisinin qonşu İordaniya və Misirdə məskunlaşmağa məcbur edilməsi ilə bağlı əvvəlki bəyanatlarından sonra daha da irəli gedərək, Birləşmiş Ştatların Qəzzaya nəzarəti üzərinə götürməsini istədiyini bildirib. Tramp bu təəccüblü açıqlamanı çərşənbə axşamı Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edərkən verib. Amerikanın Səsinin Ağ Ev bürosundan Patsi Vidakusvara məlumat verir.

İsrail və HƏMAS arasında yanvarın 19-da imzalanan atəşkəs razılaşmasından sonra yüz minlərlə qəzzalı dağıdılmış evlərinə qayıtdığı bir vaxt ABŞ prezidenti Donald Tramp təəccüb doğuran açıqlama verdi.

ABŞ prezidenti Donald Tramp: “ABŞ Qəzza zolağına nəzarəti üzərinə götürəcək və biz orada iş görəcəyik”.

Tramp keçən ay qəzzalıları İordaniya və Misir də daxil olmaqla, digər ölkələrə köçürmək təklifindən kənara çıxaraq, ərazini “Yaxın Şərqin Rivyerası”na çevirmək istədiyini deyib.

ABŞ prezidenti Donald Tramp: “Mənim danışdığım hər kəs Birləşmiş Ştatların həmin torpağa sahib olması, onu inkişaf etdirməsi və heç kimin ağlına gələ bilməyəcəyi həqiqətən də möhtəşəm bir ərazidə minlərlə iş yeri yaratması fikrini bəyənir. Oraya heç kim baxa bilmir, çünki onların gördüyü tək şey ölüm, dağıntı və xarabalıqdır”.

Tramp bunu Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edən zaman elan edib.

İsrailin baş naziri Benyamin Netanyahu: “Mən bunu əvvəllər demişəm, yenə də deyirəm. Siz Ağ Evdə İsrailin ən böyük dostusunuz”.

Tramp 15 aylıq müharibə nəticəsində xarabalığa çevrilən Qəzzaya nəzarəti necə həyata keçirməyi planlaşdırdığı barədə təfərrüatları açıqlamayıb. O, Amerika hərbi qüvvələrinin göndərilməsini istisna etməyib.

Qəzzaya nəzarətin Trampın İbrahim razılaşmalarını Ər-Riyadı da əhatə edəcək şəkildə genişləndirmək məqsədinə nə dərəcədə uyğun olacağı aydın deyil. Tramp 2020-ci ildə İsrail və ərəb ölkələri arasında əlaqələrin normallaşdırılmasına dair müqaviləyə vasitəçilik edib.

Səudiyyə Ərəbistanı İsraili yalnız Qəzzada müharibənin bitəcəyi və fələstinlilər üçün dövlətçilik yolunun açılacağı təqdirdə tanıyacağını açıqlayıb.

Yaxın Şərq İnstitutunun eksperti Mirett Mabruk: “Onları Fələstindən qonşu ölkələrə köçürmək heç də uğurlu başlanğıc deyil, ona görə də düşünürəm ki, bunun kifayət qədər aşkar təsiri olacaq. Prezident Trampla bağlı bir çox məsələdə olduğu kimi biz bilmirik, sadəcə gözləməli olacağıq”.

Trampın Qəzza ilə bağlı bəyanatı onun Danimarkadan Qrenlandiyanı almaq, Panama kanalına nəzarəti qaytarmaq və Kanadanı ABŞ-a birləşdirmək kimi açıqlamalarından sonra ekspansionist ambisiyalarına dair son işarədir.

Netanyahu ilə görüşündən əvvəl Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün “maksimum təzyiq” kampaniyasının bərpası barədə göstəriş verib.

O həmçinin fələstinli qaçqınlara yardım göstərən BMT agentliyinə dəstəyi dayandırıb və ABŞ-ı BMT İnsan Haqları Şurasından çıxarıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG