Accessibility links

 
Seçki qutusuna “Meydan TV”nin həbsdə olan jurnalistlərinin fotosunu atan ictimai fəal həbsə məhkum edilib

Seçki qutusuna “Meydan TV”nin həbsdə olan jurnalistlərinin fotosunu atan ictimai fəal həbsə məhkum edilib


Cəlal Cavadov (Mənbə: Sosial şəbəkə)
Cəlal Cavadov (Mənbə: Sosial şəbəkə)

Yanvarın 31-də Bakının Nəsimi Rayon Məhkəməsi hakim Anar İbadzadənin sədrliyi ilə ictimai fəal Cəlal Cavadovu 30 sutka inzibati həbsə məhkum edib. O İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə günahlandırılıb.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, məhkəmə iclasından öncə Nəsimi Rayon Məhkəməsinə Cavadovun vəkili olması ilə bağlı örderini təqdim etməsinə baxmayaraq onu məhkəmədə fəalın müdafiəsinə buraxmayıblar.

Seçki qutusuna "Meydan TV"-nin həbsdə olan əməkdaşlarının fotosu atılıb (Mənbə: Sosial şəbəkə)
Seçki qutusuna "Meydan TV"-nin həbsdə olan əməkdaşlarının fotosu atılıb (Mənbə: Sosial şəbəkə)

Vəkil fevralın 3-də saxlanma yerində Cəlal Cavadovla görüşəcəyini və məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Cəlal Cavadov yanvarın 30-da saxlanılıb. Onun saxlanılması ilə bağlı ailəsinə və vəkilinə məlumat verilməyib.

Cavadov yanvarın 29-da bələdiyyə seçkiləri zamanı seçki qutusuna “Meydan TV”nin həbs edilmiş jurnalistlərinin fotoşəkillərini atdıqdan sonra saxlanılıb.

Forum

XS
SM
MD
LG