Şərqi Azərbaycan vilayəti Marağa şəhərinin həbsxanasında saxlanılan siyasi fəal Muxtar İbrahiminin yanvarın 18-də başlatdığı aclıq aksiyasını davam etdirdiyi bildirilir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, İbrahimi şərti azadlıq və ya elektron qandalla azadlıq tələbi ilə müraciətinin təmin olunmamasına etiraz olaraq aclığa başlayıb.
Aclığa başladıqdan sonra təkadamlıq kameraya köçürülən siyasi məhbusun çərşənbə günü yenidən həbsxananın 3-cü bölməsinə qaytarıldığı bildirilib. Ancaq, Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News xəbər saytı kimi mənbələrin yazdığına görə, İbrahimi müraciətinin prokurorluq tərəfindən diqqətə alınmadığına etiraz olaraq aclığa davam etdirib.
Məbələr daha əvvəldən də böyrək problemlərindən əziyyət çəkən məhbusun səhhətinin aclıq nəticəsində ciddi ağırlaşdığını bildiriblər.
İbrahimi “nizama qarşı dəstə və qrup təşkil etmək”, “nizama müxalif olan qruplar və kanallara üzv olmaq” və “ nizama qarşı təbliğat” fəaliyyəti göstərmək ittihamları ilə həbsə məhkum olunub.
Şərqi Azərbaycan vilayətində yaşayan siyasi fəal keçmiş illərdən bəri göstərdiyi mədəni-siyasi fəaliyyətlərdən dolayı dəfələrlə İranın təhlükəsizlik və məhkəmə qurumlarının təzyiqlərinə məruz qalıb.
Forum