Accessibility links

Sina Yusufi: Hakimlər tərəfsiz olacaqlarına deyil, İslam Respublikasının əsaslarını qoruyacaqlarına and içirlər


Sina Yusufi - hüquqşünas
Sina Yusufi - hüquqşünas

Yanvarın 18-də Tehranda Ali Məhkəmə binasında baş verən silahlı hücum zamanı iki yüksək vəzifəli hakimin öldürlməsindən sonra sərtxətt tərəfdarı və ali dini liderə sadiq sərtxətt tərəfdarı hakimlərin İran məhkəmə sistemindəki xüsusi rolu yenidən müzakirə edilməyə başlayıb.

Sina Yusufi: Hakimlər tərəfsiz olacaqlarına deyil, İslam Respublikasının əsaslarını qoruyacaqlarına and içirlər
please wait

No media source currently available

0:00 0:11:58 0:00
Direct link

Hüquqşünas Sina Yusufi Amerikanın Səsi ilə söhbətində deyir ki, hakimlər əsasən tərəfsiz və müstəqil qərar verəcəklərinə deyil, ali dini lideri himayə edəcəklərinə və İslam Respublikasının əsaslarını qoruyacaqlarına and içirlər.

“İslam Cümhuriyyətində əvvəldən məhkəmə sisteminin yaranma şəkli səbəb olub ki, bu gedişat getdikcə daha da güclənsin. Bu sistem açıq şəkildə səbəb olur ki, hakimlərin içərisində də iki dəstəlik olsun. Yəni, həm hakimlərin seçilməsi bu vəziyyətə səbəb olub, həm də ilk başda yaranan məhkəmələr. Məsələn İnqilab Məhkəmələri adından da bəlli olduğu kimi, inqilabın əvvəlində yaranmışdı ki, o Pəhləvi hakimiyyətinin ünsürlərini mühakimə etsin və sonra səlahiyyəti bitəcəydi. Ancaq belə olmadı”, insan haqları vəkili deyib.

Yusufinin dediklərinə görə, İranın məhkəmə sistemi həm institusional, həm də vəzifədə olanların ideoloji mahiyyəti baxımından bölünmüş bir sistemdir:

“İslam İnqilabının əvvəlindən icra olunan bu sistem həm qurum olaraq, həm də hakim kimi işləyən şəxslər baxımından səbəb olub ki, bu sistemdə hakimlər iki dəstəyə bölünsünlər. Bir dəstə adi hakimlərdir. Amma, onlar da İslam Cümhuriyyətinin əsaslarını möhkəmləşdirməyə və ali dini lideri himayə etməyə and içirlər. Amma biz bu andnamədə tərəfsizlik və müstəqillik əsaslarını görmürük”.

Hüquqşünas bütün hakimliyə namizədlərin akademik mərhələləri başa vurduqdan sonra ali dini lider və İslam Respublikasının əsaslarına sadiqliklərini sübut etmək üçün çətin sınaqlardan keçdiklərini deyir. Ancaq, İnqilab Məhkəmələri, eləcə də digər məhkəmələrin özəl şöbələrində vəzifədə olan hakimlər əlavə olaraq İslam İnqilabı qurumları ilə koordinasiyalı bir şəkildə çalışa bilən şəxslərdən seçilir.

“İnqilab məhkəmələrinin səlahiyyətində olan işlər, əgər narkotik qaçaqmalçılıq üzrə işləri bir kənara qoysaq, əksərən elə işlər olur ki, hakimiyyət o işlərin bir tərəfidir. Onun üçün o hakimlər seçilir ki, inqilaba xidmət etmək və ali rəhbərdən himayə etmək mövzusunda daha üstün xüsusiyyətlərə sahibdirlər”, Sina Yusufi bildirib.

İran Azərbaycanı və ölkənin digər bölgələrində İnqilab Məhkəmələri tərəfindən cəza almış siyasi fəalların apellyasiya şikayəti vilayət apellyasiya məhkəmələrinin özəl şöbələrinə göndərilir.

Yusufinin sözlərinə görə, “bəzi şöbələr yaranır ki, burada ixtisaslaşmanın yeri olmur. Bu şöbələr ona görə yaranır ki, müəyyən yönləndirmə ilə təşkil olunan bir dosye elə o yöndə irəliləsin. Yəni, o basqı sisteminin almaq istədiyi nəticə alınsın. Demək olar ki, bu sahədə İslam Cümhuriyyətinin qanunlarında şəffaf bir qayda yoxdur”.

Forum

XS
SM
MD
LG