Accessibility links

Jurnalistlər Ukraynaya qarşı müharibədə həlak olan 90 mindən çox rus əsgərinin adını təsdiqləyib


Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri 90 019 rus əsgəri cəbhə xəttində həlak olub. Onların şəxsiyyəti BBC Rus xidməti, Mediazona və açıq mənbələrdən əldə edilən məlumatlar əsasında könüllülər qrupu tərəfindən müəyyən edilib.

Onların məlumatlarına görə, ölənlərin yarısından çoxu müharibənin əvvəlində Rusiya ordusu və Rusiya Milli Qvardiyası ilə əlaqəsi olmayıb: bütün öldürülənlərin 23%-i (demək olar ki, hər dörddə biri) müharibə başlayandan sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayan şəxslər olub.

Digər 17% koloniyalardan cəlb edilmiş məhbuslar, 12% isə səfərbər edilmişlər olub. Jurnalistlərin qeyd etdiyi kimi könüllülər arasında itkilərin artması 2023-cü ilin oktyabrında başlayıb. Eyni zamanda, ölən məhbusların nisbəti azalmağa başlayıb, bu da onunla bağlıdır ki, indi Rusiya hakimiyyəti məhkəmə başlamazdan əvvəl insanları cəbhəyə göndərə bilər.

Rusiyanın müdafiə naziri Andrey Belousov bəyan edib ki, 2024-cü ilin əvvəlindən Rusiya ordusuna müqavilə əsasında 427 mindən çox adam daxil olub. Ondan əvvəl çıxış edən prezident Vladimir Putin “insanlar könüllü olaraq cəbhəyə gedir” deyib.

Rusiya hakimiyyəti könüllülərin sayını, o cümlədən ödənişləri artırmaqla artırmağa çalışır. Jurnalistlərin hesablamalarına görə, əlavə ödənişlərin orta məbləği 2 milyon rubla yaxınlaşır.

Forum

XS
SM
MD
LG