Ukraynanın cənubundakı Zaporijye regionunun rəsmiləri cümə axşamı bildirib ki, Rusiyanın ballistik raket hücumu nəticəsində azı 1 nəfər ölüb, 24 nəfər yaralanıb.
Region qubernatoru İvan Fedorov Telegram-da bildirib ki, Rusiya dronlari da enerji obyektini məhv edib və on minlərlə insanı elektrik enerjisiz qoyub.
Mikolaiv vilayətində qubernator Vitali Kim Telegram-da Ukrayna hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın 9 dronunu vurduğunu bildirib. Kim bildirib ki, dronların qalıqları bir neçə evə ziyan vurub.
Qubernator Serhi Lısak bildirib ki, Ukrayna ordusu həmçinin Dnipropetrovsk vilayətində də bir neçə dronu vurub.
Rusiya Müdafiə Nazirliyi Rusiya-Ukrayna sərhədində yerləşən Belqorod vilayətində Ukraynanın 4 dronunu vurduğunu bildirib.
Tramp-Putin
Kreml cümə axşamı bildirib ki, çərşənbə günü Rusiya Ukraynadakı müharibəni dayandırmasa, ona qarşı sanksiyalar tətbiq etməlklə hədələyən prezident Donald Trampın rəhbərliyi altında ABŞ-ın Rusiyaya qarşı siyasətində heç bir yeni element görmədiyini bildirib.
“O, bu üsulları bəyənir, ən azından birinci prezidentliyi dövründə bəyənib”, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov bildirib ki, Rusiya “qarşılıqlı hörmət əsasında dialoqa” hazırdır.
Tramp çərşənbə günü Rusiya prezidenti Vladimir Putinə Ukraynaya qarşı "gülünc müharibəni" dayandırmasını, əks təqdirdə ABŞ-ın yaxın zamanda Rusiyanın Qərbə hər hansı ixracına yeni "yüksək səviyyəli" vergilər, tariflər və sanksiyalar tətbiq edəcəyini deyib.
Tramp Ağ Evdəki ikinci müddətinə iki gün qalmış sosial şəbəkədəki paylaşımında Putinə “Rusiyaya zərər vermək istəmədiyini” və ABŞ-ın Rusiyanın ABŞ-a İkinci Dünya Müharibəsində qalib gəlməyə kömək etdiyini “heç vaxt unutmamalı olduğunu,” amma Moskvanın qonşu Ukraynaya təqribən üç ildir davam edən hərbi müdaxiləsinə son qoymağın vaxtı çatdığını deyib.
Tramp özünün Truth Social hesabında deyib ki, "Bütün bunlar nəzərə alınaraq, iqtisadiyyatı iflasa uğrayan Rusiyaya və prezident Putinə çox böyük LÜTF edəcəm. İndi qərar verin və bu gülünc müharibəni dayandırın! BU, SADƏCƏ OLARAQ DAHA PİS OLACAQ."
Tramp bildirib ki, "əgər biz bir 'sövdələşmə' əldə etməsək və bunu tezliklə etməsək" onun vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa "seçimi olmayacaq".
Bazar ertəsi vəzifəsini tərk edən prezident Co Baydenin dövründə ABŞ və onun avropalı müttəfiqləri tez-tez Rusiya iqtisadiyyatının əsas sektorlarına və Putinin oliqarx dostlarına sanksiyalar tətbiq edərək, ölkə iqtisadiyyatını pisləşdirib, lakin müharibəni dayandırmağa nail olmayıb.
Tramp deyib ki, "Gəlin, bu müharibəni sona çatdıraq! Mən prezident olsaydım heç vaxt başlamayacaqdı. Biz bunu asan və ya çətin yolla edə bilərik - asan yol isə həmişə daha yaxşıdır. “RAZILIQ ƏLDƏ EDİN!” DAHA ÇOX HƏYAT İTİRİLMƏMƏLİDİR!!!"
Forum