Qırğızıstan prezidenti Sadır Japarov qadınların ictimai yerlərdə niqab taxmasını qadağan edən “Qırğızıstan Respublikasının bəzi qanunvericilik aktlarına dini sahədə dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb. Bu barədə onun rəsmi saytında bildirilir.
Bundan sonra Qırğızıstanda “vətəndaşların şəxsiyyətini müəyyənləşdirməyə imkan verməyən” paltarlar geyinmək qadağandır. Bu, iş fəaliyyəti ilə bağlı geyimlərə və ya tibbi səbəblərdən üzün örtülməsinə aid edilmir.
Qanun həmçinin “başqa dinə mənsub şəxslərin, dini cəhətdən neytral şəxslərin və ateistlərin öz dininə çevrilməsini”, bir sıra müəssisələrdə, o cümlədən qocalar evində, həbsxana və hərbi hissələrdə dini ayinlərin keçirilməsini, təhsil müəssisələrində dini ədəbiyyat və digər materialların yayılmasını qadağan edir.
Qanunun müddəalarından hər hansı birinin pozulması 20 min som (229 dollar) məbləğində cərimə ilə nəticələnəcək.
Joqorku Keneş (Ali Sovet) bu qanunu həmçinin “Dini etiqad azadlığı və dini birliklər haqqında” qanunu 26 dekabr 2024-cü ildə qəbul edib.
İkinci qanuna görə, xaricdə dini təhsil almaq istəyənlər ölkədən çıxışlarını Qırğızıstanın Dini İşlər üzrə Dövlət Komissiyası və dini qurumun mərkəzi idarəetmə orqanı ilə razılaşdırmalıdırlar.
Forum