Accessibility links

İctimai fəal Bəhruz Səmədov ev dustaqlığına buraxılmadı


İctimai fəal Bəhruz Səmədov ev dustaqlığına buraxılmadı
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:03:02 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Yanvarın 22-də Səbail Rayon Məhkəməsi siyasi tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxıb. Məhkəmə fəalın vəsatətini təmin etməyib, tədqiqatçı barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə qalıb.

Fəal məhkəmədən çıxarılarkən "Yaşasın sülh və birgəyaşayış! Yaşasın azərbaycan və erməni xalqlarının qardaşlığı!", deyə şüarlar səsləndirib.

Səmədovun vəkili Zibeydə Sadıqova bildirib ki, fəalın daimi yaşayış yerinin olduğunu, yaşlı nənəsinin onun baxımına ehtiyacı olduğunu məhkəmənin diqqətinə çatdırıblar:

"Bəhruz nənəsi ilə birgə yaşayır və nənəsinin də kifayət qədər yaşı var. Yaşı və səhhəti ilə əlaqədar Bəhruzun saxlanıldığı Dövlət Təhlükəsizlik Xidmətinə görüşə gedə bilmir, ancaq telefon vasitəsilə əlaqə qura bilirlər. Nənəsinin onun qayğısına ehtiyacı var. Bu arqumenti gətirəndə deyirlər ki, onsuz da Bəhruz ölkədə yaşamırdı, lakin indi situasiya fərqlidir. Bəhruz ölkədə yaşamasa da, indi həbsdədir, bu da nənəsinin səhhətinə pis təsir edir, tez-tez təzyiqi qalxır və təcili tibbi yardım çağırmağa məcbur qalırıq".

Vəkilin sözlərinə görə, fəal özü də məhkəmədə bildirib ki, heç hara qaçıb gizlənmək niyyətində deyil və istintaqın davam etməsində maraqlıdır.

"Biz də bunun tərəfdarıyıq ki, Bəhruz Səmədovun heç bir cinayət törətmədiyi aşkarlansın. Xahiş etdik ki, fəal haqqında həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənsin. Bəhruzun özü də nənəsindən narahatdır. Lakin təəssüf ki, məhkəmə bu istəyimizi nəzərə almadı və qərarı qüvvədə saxladı", deyə, vəkil əlavə edib.

Sadıqova məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Siyasi tədqiqatçı 2023-cü ilin avqustun 21-də həbs olunub. Həmin ilin avqustun 23-də isə Səbail Rayon Məhkəməsi Bəhruz Səmədov barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Ötən ilin dekabr ayında isə fəal barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti martın 9-dək uzadılıb.

Bəhruz Səmədov "OC Media" və "Bakı Araşdırmalar İnstitutu"nda müəllifdir. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə tanınır, elə həbsinin səbəbini də bunda görür.

Siyasi tədqiqatçı Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsidir. Səmədov "poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları" araşdırır.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG