Azərbaycanlı fəal, Tehran sakini Behnam Nurməhəmmədi, Tehranın Ettelaat İdarəsi tərəfindən telefon vasitəsilə dindirilməyə çağırılıb.
Hüquq müdafiəçilərinin bölgədə sosial şəbəkələrdə yaydığı məlumatlara əsasən, bu mədəni fəal təhlükəsizlik qüvvələrinin bu hərəkətini qanunsuz adlandıraraq, Ettelaat İdarəsinə getməkdən imtina edəcəyini bildirib.
Nurməhəmmədi bundan əvvəl, 13 mart 2018-ci ildə Tehran şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O, təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirmə proseslərindən sonra Evin həbsxanasına köçürülmüş və nəhayət həmin ilin 8 aprelində girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Bu həbslər zamanı daha iki türk fəal Mehdi Qəməri və Yasin Ərfəi də saxlanılmışdı. Bu fəallar türk dilində təqvim çap edib yaydıqlarına görə Tehran şəhərində yerləşən Şəhid Qüddusi məhkəmə kompleksi cinayət məhkəməsində "ictimai rəyi çaşmdırmaq" ittihamı ilə mühakimə olunaraq altı ay həbs cəzasına məhkum edilmişdilər. Həmin həbs hökmü iki il müddətinə şərti olaraq hesablanmışdı.
Bu çağırış və dinc, mədəni fəaliyyətlər göstərən azərbaycanlı fəallara qarşı davam edən təzyiqlər, təhlükəsizlik qüvvələrinin milli fəallara qarşı təzyiq siyasətini davam etdirdiyini göstərir.
Nurməhəmmədi əslən Şərqi Azərbaycanın Şəbistər şəhərində yerləşən Nadarlı qəsəbəsindəndir. Nadarlı sakinləri milli və mədəni fəaliyyətləri ilə tanınır və bu sahədə fəallıqları ilə seçilirlər.
Forum