Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı Çin Prezidenti Şi Tsinpinlə telefonla danışaraq, iki ölkə arasında yaxın münasibətləri vurğulayıb. Bu, Donald Trampın ABŞ-ın 47-ci prezidenti olaraq and içməsindən bir gün sonraya təsadüf edib.
İki lider güclü şəxsi münasibətlər qurub ki, bu da Moskva və Pekin arasında əlaqələri yaxınlaşdırdı ki, bu əlaqələr Putinin 2022-ci ildə Ukraynaya qoşun göndərməsindən sonra daha da artıb. Qərbin Moskvaya tətbiq etdiyi genişmiqyaslı sanksiyalar fonunda, Çin Rusiya nefti və qazının əsas müştərisinə və əsas texnologiyaların mənbəyinə çevrilib.
Putin çərşənbə axşamı Şi ilə telefon danışığında Rusiya-Çin münasibətlərinin ortaq maraqlara, bərabərliyə və qarşılıqlı faydalara əsaslandığını vurğulayaraq, onların "daxili siyasi amillərdən və hazırkı beynəlxalq mühitdən asılı olmadığını" qeyd edib.
"Biz birlikdə daha ədalətli çoxqütblü qlobal nizamın inkişafını dəstəkləyirik və Avrasiyada və bütövlükdə dünyada bölünməz təhlükəsizliyi təmin etmək üçün çalışırıq," deyə, Rusiya dövlət televiziyası Putinin Şiyə söylədiklərindən sitat gətirib. “Rusiya və Çinin birgə səyləri qlobal məsələlərdə mühüm sabitləşdirici rol oynayır”.
Şi də eyni şəkildə Moskva və Pekin arasında yaxən əməkdaşlığı yüksək qiymətləndirərək, bunun "qlobal sistemin islahatına və inkişafına müsbət enerji gətirməyə" kömək etdiyini bildirib.
Telefon danışıqlarının televiziyada işıqlandırılan hissəsində liderlər birbaşa Trampın adını çəkməsə də, telefon söhbətinin zamanlaması Putin və Şinin hərəkətlərini ABŞ-ın yeni administrasiyası ilə dialoqla əlaqələndirmək istədiklərinə işarə edə bilər.
Çin prezidenti cümə günü Trampla danışıb və ABŞ ilə müsbət əlaqələrə ümid bəslədiyini bildirib.
Tramp, ikinci müddətində Çinə qarşı tariflər və digər tədbirlər tətbiq etməklə hədələyib, eyni zamanda iki rəqib gücün regional münaqişələr və fentanil istehsalında istifadə olunan maddələrin ixracının məhdudlaşdırılması kimi məsələlərdə əməkdaşlıq edə biləcəyi yolların olduğuna işarə edib.
Hələ ki, Trampla danışmayan Putin rəsmilərlə televiziyada yayımlan video zəng zamanı Tramp vəzifəyə başlaması münasibətilə təbrik edib və onun Moskva ilə dialoqa başlamaq niyyətini alqışlayıb.
Tramp bazar ertəsi vəzifəsinin icrasına başlayandan sonra jurnalistlərə Ukrayna prezidenti Volodimir Zelenskinin ona sülh sazişi bağlamaq istədiyini söylədiyini deyin və Putinin də bunu edəcəyinə ümid etdiyini bildirib. O, əlavə edib ki, Putin razılaşma əldə etməyərək Rusiyanı məhv edəcək və Rusiyanın iqtisadi problemlərini, o cümlədən yüksək inflyasiyanın olduğunu vurğulayıb.
Putin ABŞ prezidentinin andiçmə mərasimindən bir müddət əvvəl Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə danışarkən Trampın dialoqa açıq olmasını alqışlayıb.
“Biz Tramp və onun komandasının üzvlərinin Rusiya ilə bizim heç bir günahımız olmadan gedən administrasiya tərəfindən dayandırılan birbaşa əlaqəni bərpa etmək istəyi ilə bağlı bəyanatlarını eşidirik,” Putin bazar ertəsi deyib. “Biz həmçinin onun Üçüncü Dünya Müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək zərurəti ilə bağlı bəyanatlarını da eşidirik. Biz, şübhəsiz ki, belə bir yanaşmanı alqışlayırıq və ABŞ-ın seçilmiş prezidentini vəzifəyə başlaması münasibətilə təbrik edirik".
Rusiya lideri onu da vurğulayıb ki, iki xalq arasında dialoq “bərabər əsaslara və qarşılıqlı hörmətə əsaslanmalıdır və ölkələrimizin qlobal gündəlikdəki bəzi əsas məsələlər, o cümlədən qlobal sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə oynadığı mühüm rol nəzərə alınmaqla aparılmalıdır.”
Putin həmçinin Moskvanın Ukrayna münaqişəsi ilə bağlı Tramp administrasiyası ilə dialoqa açıq olduğunu qeyd edərək, Rusiyanın maraqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, “ən vacibi böhranın əsas səbəblərini aradan qaldırmaqdır.”
Forum