Accessibility links

Prezident Tramp ilk fərmanları imzaladı


Prezident Donald Tramp bazar ertəsi andiçmədən az sonra bir sıra fərmanlar imzalayıb. Bunların sırasına ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilməsi, sərhəddə divar inşasının bərpası və federal agentliklərdə müxtəliflik proqramlarına xitam verilməsi daxildir.

Paytaxt Vaşinqtonda bayram nümayişinin ardınca Ağ Evdə Tramp mühacirətlə bağlı imzaladığı fərmanlar arasında doğum vətəndaşlığına son qoyan göstəriş də var.

ABŞ Konstitutsiyasının 14-cü maddəsi diktə edir ki, “Birləşmiş Ştatlarda doğulmuş və yaxud qəbul edilmiş və yurisdiksiyasına daxil olan bütün insanlar Birləşmiş Ştatlar vətəndaşıdırlar.”

Demokratlar və bir sıra hüquq müdafiə qrupları Trampın doğum vətəndaşlığını ləğv etməsinə qarşı məhkəmələrdə mübarizə aparacalarını aydın ediblər.

“Bu addımlarlara biz Amerikanın tam bərpasına və sağlam zəkanın inqilabına başlayacağıq”, Tramp inaqurasiya çıxışında söyləyib.

Onun “Capital One” Arenasında izdiham qarşısında imzaladığı ilk fərman sabiq prezident Co Baydenin qüvvəyə mindirdiyi 80 ölçünü ləğv etmiş oldu.

Prezident Tramp həmçinin yeni tənzimləmələri və federal işə yeni qəbulları dondurdu. O, həmçinin Paris iqlim sazşini tərk edən sənədə imza atdı.

Prezidentin imzaladığı digər fərmanlıar arasında birinci dönəm administrasiyası zamanı qüvvədə olmuş "Meksikada Qal" proqramının bərpası nəzərdə tutulur. Həmin proqrama əsasən ABŞ-a daxil olmaq istyən şəxslər gözləmə müddəti ərzində Meksikada qalmalıdırlar.

Əlavə olaraq, Prezident Tramp kartelləri və miqrant qanqster qruplaşmalarını - spesifik olaraq MS-13 və Tren de Aragua qruplaşmalarını xarici terror təşkilatları elan edib.

Sərhəd və yaxud mühacirətlə əlaqəsi olmayan digər fərmanlar federal hökumət idarəçiliyi və enerji hasilatı siyasətində rəsmi dəyişiklikləri əhatə edir.

Forum

XS
SM
MD
LG