Accessibility links

Rza Talibi: İranın xarici siyasətində ana xətti ali dini lider müəyyənləşdirir


Rza Talibi, jurnalist
Rza Talibi, jurnalist

Jurnalist və beynəlxalq əlaqələr üzrə ekspert Rza Talibi Amerikanın Səsinə müsahibədə İran İslam Respublikasında xarici siyasətlə bağlı gündəmləri şərh edib.

Rza Talibi: İranın xarici siyasətində ana xətti ali dini lider müəyyənləşdirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
Direct link

Talibinin sözlərinə görə, son vaxtlar İranda fərqli qruplar içində Azərbaycan Respublikası və Türkiyə ilə münasibətlər, eləcə də nüvə müzakirələrinin bərpası ehtimalı ilə bağlı qızğın və bəzən ziddiyyətli mübahisələr cərəyan etsə də, xarici siyasətdə ana xətt hər zaman olduğu kimi Seyyid Əli Xameneyiyə tərəfindən müəyyənləşdirilir.

“İranda xarici siyasət və diplomatia xarici işlər nazirliyi ilə deyil, İranın Strateji Xarici Siyasət Şurası vasitəsi ilə yəni Kəmal Xərrazi vasitəsi ilə yönləndirilir. Daha öncə də nüvə danışıqları məsələsində və son illərdə Oman və Qətərdəki danışıqları Kəmal Xərrazi ali dini liderin siyasətləri əsasında aparıb”, Rza Talibi deyib.

Onun dediklərinə görə, İranda xarici siyasət gündəmləri ilə bağlı qızğın mübahisələrin cərəyan etməsinə baxmayaraq xarici siyasətdə əsas istinad ali dini liderdir:

“Xarici siyasətlə bağlı bu açıqlamaların hamısının daxili məsrəfi vardır və daxildəki qüvvələr arasında balans yaratmaq üçündür. Yoxsa, hamı bunu bilir ki, xarici siyasətin mərkəzində hər durumda ali dini lider vardır.”

Jurnalist hesab edir ki, İranın ali dini liderinin fərqli qrupları idarə etmək şəklində yürütdüyü siyasət artıq əvvəlki illər kimi cavab vermir.

O, son həftələrdə İranın siyasi və məzhəbi mühitlərində Azərbaycan Respublikası və Türkiyəyə qarşı açıqlamaların artması ilə bağlı deyib ki, “İranda həm radikal ideoloji qüvvələr, həm də anti-türk qüvvələrin İranın xarici siyasətində təsirləri ola bilər. Xüsusilə bu dönəmdə ki, İran prezidenti Pezeşkian türkdür... Ancaq mən düşünürəm ki, fərqli qüvvələrin oynadığı oyunlardan çox İranda olan mərkəz siyasətdə necə ki, içəridə anti-türk siyasət vardır, biz bunun xarici siyasətdəki əksini Azərbaycan və Türkiyə əleyhinə görə bilirik. Onun üçün bu türk qarşıtlığı (əleyhdarlıq) aşağı səviyyələrdə, məsələn məddahlar və ya mollar vasitəsi ilə həyata keçirilir ki, yeni deyil və düşünürəm ki, bu siyasət bu şərtlərdə hələ davam edəcək”.

Son aylar İranda nüvə danışıqlarının bərpası, eləcə də ABŞ ilə müzakirələrin aparılması ilə bağlı müsbət fikirlər səslənir.

Rza Talibi İslam Respublikasının daxildə və xaricdə qarşı-qarşıya olduğu siyasi və iqtisadi böhranlara diqqət çəkərək deyib ki, “indiki şərtlərdə İran üçün ən məntiqlisi Amerika ilə müzakirəyə getməkdir. Çünki, başqa çarələri də yoxdur. Görünən odur ki, indi ali lider Xameneyinin siyasəti də Amerika ilə bir müzakirəyə getmək yönündədir. Bu, sadəcə Pezeşkian və ya Əbdüləlizadə kimilərinin baxışı deyil, ali dini liderin də məcbur olduğu bir məsələdir”.

Forum

XS
SM
MD
LG