ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasiminin gözlənilən soyuq hava şəraiti səbəbi ilə qapalı məkana köçürülməsi dəvət edilən qonaqların əksəriyyətinin mərasimdə şəxsən iştirak edə bilməməsi ilə nəticələnəcək.
“Prezident Platformasına bileti olanlar və Konqres üzvləri şəxsən iştirak edə biləcəklər” - deyə, Birgə İnaqurasiya Komitəsi bildirib. Bununla belə, “biletli qonaqların böyük əksəriyyəti mərasimlərdə şəxsən iştirak edə bilməyəcək”.
“Biz tədbir üçün Vaşinqtonda olan insanlara inaqurasiya mərasimini izləmək üçün seçdikləri qapalı məkanlarda digər tədbirlərdə iştirak etməyi tövsiyə edirik”, İnaqurasiya Komitəsi qeyd edib.
ABŞ paytaxtında havanın temperaturunun Selsi şkalası üzrə mənfi 11 dərəcəyə enəcəyi, maksimum mənfi 5 dərəcə səviyyəsinə yüksələcəyi və soyuq küləyə görə daha da soyuq hiss ediləcəyi gözlənilir.
Meteoroloqlar soyuq temperaturun Trampın inaqurasiya mərasiminin son 40 ildə ən soyuq hava şəraitində keçəcəyi demək olduğunu bildirir.
“Mən insanların heç bir şəkildə əziyyət çəkməsi və ya xəsarət almasını istəmirəm”, Tramp Truth Social platformasında deyib.
Prezident Ronald Reyqanın 1985-ci ildə ikinci inaqurasiya mərasimi qapalı məkanda keçirilmiş sonuncu andiçmə mərasimi olub.
Tədbiri ABŞ Kapitoli binasının ərazisindən izləməyi planlaşdırılan bilet verilmiş 220 mindən çox qonağın çoxu Trampın inaqurasiya mərasimini şəxsən izləyə bilməyəcək.
ABŞ Kapitoli polisinin verdiyi açıqlamada Kapitoli binasının Qərb cinahındakı ərazilərin bazar ertəsi günü bağlanılacağı bildirilib.
Milli Park Xidmətinin Trampın inaqurasiya komitəsinə verdiyi icazəyə əsasən, açıq havada mərasim üçün Milli Xiyabanda bileti olmayan 250 min insanın toplaşacağı gözlənilirdi.
Tramp bildirib ki, tərəfdarlar mərasimi Vaşinqtonun mərkəzində peşəkar idman və konsert məkanı olan Capital One Arenanın daxilindəki ekranlardan izləyə biləcəklər. Arena 20 min tamaşaçı tutumuna malikdir.
Capital One Arena həmçinin bazar günü günortadan sonra Trampın qələbə yürüşünün keçirildiyi yer olacaq. Tədbirdə Amerikanın Village People qrupu ilə yanaşı digərlərinin çıxış edəcəyi gözlənilir.
Trampın andiçmə mərasiminin qapalı məkana keçirilməsi o deməkdir ki, izdihamın ölçüsünü əvvəlki inauqurasiyalarla müqayisə etmək mümkün olmayacaq.
Tramp 2017-ci ildə ilk andiçmə mərasimindən sonra mətbuatda Milli Xiyabanda izdihamın 2009-cu ildə keçmiş prezident Barak Obamanın inaqurasiya mərasimindən daha az olduğuna dair xəbərlərdən məyusluğunu ifadə etmişdi.
Trampın inaqurasiya mərasiminə iki gün qalmış vətəndaş hüquqları, irqi ədalət və reproduktiv sağlamlıq üzrə müxtəlif qruplar şənbə günü Vaşinqtonun mərkəzində Xalq Yürüşü adlı nümayiş təşkil ediblər.
Trampın siyasətinə qarşı keçirilən etiraz aksiyasına on minlərlə insan qatılıb. Təşkilatçılar bildiriblər ki, nümayiş seçilmiş prezidentə qarşı deyil, qadınlar və reproduktiv hüquqlar, LGBTQ hüquqları, immiqrasiya, iqlim və demokratiya kimi mövzuları əhatə daha geniş hədəflərə yönəlib.
Forum