Uşa Vans Birləşmiş Ştatların növbəti ikinci ledisi olacaq. Bununla da Yeldə təhsil alan hüquqşünas ilk cənubi Asiya əsilli vitse-prezident həyat yoldaşı olacaq. Amerikanın Səsinin Ağ Ev müxbiri Anita Pauel onun həyatını və əri ilə siyasi karyerası və maralqarının necə üst-üstə düşdüyünü işıqlandırır.
Uşa Vans 1986-cı ildə Kalifonryada hindistanlı immiqrant valideynlərin ailəsində düyaya gəlib. O, Yelda təhsil alan hüquqşünasdır və daha öncə Ali Məhkəminin iki mühafizəkar hakimin katibi vəzifəsində çallşıb. Vanslar hüquq məktəbində tanış olublar, 2014-cü ildə evləniblər və onların üç uşağı var.
Əvvəllər Ağ evdə bir neçə birinci ledinin işçisi olan Anta Makbrayn deyir ki, ikinci ledi rol modeli olur.
"Ölkəmizdə, siyasətdə və vətəndaş cəmiyyətində, cəmiyyətin bütün aspektlərində və liderlik rollarında yüksək səviyyələrə çatan insanlar arasında artan müxtəliflik. Bu, bizim ölkəmiz üçün yaxşı bir şeydir," o bildirir.
Vansın yaxın zamanlardakı yüksəlişi həmçinin immiqrasiya ilə bağlı qızğın mübahisələri vurğulayır.
Yeni seçilən prezident Donald Tramp doğum hüququ vətəndaşlığına dərhal son qoymağı vəd edib və deyib ki, o, federal agentliklərə ölkədə dünyaya gələn uşaqlara vətəndaşlıq verilməsi üçün valideynlərindən ən azı birinin ya daimi sakin, ya da vətəndaş olmalarını tələb etmələrinə göstəriş verəcək.
"Bundan sonra qeyri-qanuni sakinlərin gələcək uşaqlarına avtomatik olaraq ABŞ vətəndaşlığı verilməyəcək," Donald Tramp deyib.
Uşa Vans, Trampın düşərgəsində H1B, yəni çox istedadlı işçilər üçün nəzərdə tutulan və əksəriyyəti Hindistan vətəndaşlarına verilən müvəqqəti viza ilə bağlı qəzəbli debatların olduğu bir vaxta, ikinci ledi rolunu üstlənir.
Doğum hüququ vətəndaşlığı ilə bağlı təklifin hüquqi çətinliklər səbəbilə uğrusuz olacağı gölzənilsə də, Trampın tənqidçiləri deyir ki, valideynlərdən hüquqi statuslarını sübut etmələrini istəmək və standartı yüksəldərək, yalnız daimi statusu olanları daxil etmək problematikdir.
Uşa Vans həmçinin Amerika cəmiyyətində ağdərili hesab olunmur və onun həyat yoldaşı da bununun bəzi amerikalıları üçün problem olduğunu etiraf edir.
"Aydındır ki, o, ağdərili deyil və biz bu səbəbdən bəzi ağdərili supremasistlər tərəfindən hücuma məruz qalmışıq. Amma mən Uşanı çox sevirəm. O, çox gözəl bir anadır, o, möhtəşəm hüquqşünasdır və mən onunla qürur duyuram," JD Vans deyib.
Onun ailəsinin gəldiyi Hindistanın cənubundakı Vadluru kəndinin sakinləri onlardan birinin belə yüksəkliklərə çatmasını görməkdən xoşbəxt olduqlarını söylədilər. Katolik ərindən fərqli olaraq Uşa hindudur.
"Mən çox şadam, və Vadluru kəndliləri də çox şaddır. Gələcəkdə, o (Uşa) ABŞ prezidenti olsa, biz daha da şad olarıq," Vadluru sakini Srinivas deyir.
MakBrayd Uşa Vansı diqqətini qlobal gözlərin alıtnda yaşayacaq üç amerikalıya yönəltməyə çağırıb.
"Onun iki, beş və yeddi yaşında uşaqları var və mən düşünürəm ki, o, onların ictimaiyyətin gözü qarşısında bu yeni həyata uyğunlaşmalarından əmin olmalı olacaq, bunu istəyəcək. Onları mümkün qədər qorumağa çalışmaq, xüsusilə də məktəb yaşında olan uşaqları. Bu, onlar üçün bir dəyişiklikdlir," o deyir.
Onun ikinci ledi kimi rolu yanvarın 20-dən başlayır.
Forum