İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında Həmas tərəfindən saxlanılan girovların qaytarılması ilə bağlı razılıq əldə olunub və bununla da iki tərəf arasında 15 aydır davam edən müharibəyə son qoymaq məqsədi daşıyan atəşkəs yolunda maneə aradan qaldırılıb.
Baş nazirin ofisi tərəfindən cümə günü səhər saatlarında yayımlanan bəyanatda deyilir ki, Netanyahu “danışıqlar qrupu tərəfindən girovların azad edilməsi ilə bağlı razılaşmanın əldə edildiyi barədə məlumat verilib”.
İsrailin təhlükəsizlik kabineti razılaşmaya səs vermək üçün cümə günü toplaşıb. Təsdiq olunsa, atəşkəs razılaşması bazar günü İsrail girovlarının fələstinli məhbuslarla dəyişdirilməsi ilə başlayacaq və bundan sonra münaqişəyə daimi son qoyulması şərtləri yekunlaşacaq.
Cümə axşamı günü iki hadisənin atəşkəsin başlaması və girovların ilkin azad edilməsini təhdid edə bilərdi.
Belə ki, İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ı cümə axşamı Qəzza zolağında atəşkəs razılaşmasının bəzi hissələrindən geri çəkilməkdə ittiham etmiş və onun Nazirlər Kabinetinin silahlı qrup bütün elementləri qəbul etməyincə razılaşmanı təsdiqləmək üçün görüşməyəcəyini demişdi.
Netanyahunun ofisindən verilən açıqlamada HƏMAS-ın “son dəqiqə güzəştlər almağa” çalışdığı bildirmişdi.
HƏMAS isə bildirmişdi ki, atəşkəs və girovların azad edilməsi razılaşmasına sadiqdir.
Bundan əlavə, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, atəşkəs razılaşmasını ratifikasiya edəcəyi təqdirdə Netanyahu hökumətindən istefa verəcəyini demişdi. Televiziya ilə verdiyi açıqlamada o, sövdələşmənin "ehtiyatsızlıq" olduğunu və "müharibənin nailiyyətlərini siləcəyini" bildirmişdii.
ABŞ Dövlət katibi Antoni Blinken deyib bildirib ki, o, Qəzzada atəşkəs və İsrail və HƏMAS arasında girovların azad edilməsi razılaşmasının bazar günü planlaşdırıldığı kimi başlayacağına əmindir.
Fələstinli həkimlər atəşkəsin qüvvəyə minməsinə bir neçə gün qalmasına baxmayaraq, İsrail qüvvələrinin cümə axşamı Qəzzada bir neçə hava hücumu həyata keçirdiyini və azı 77 nəfərin öldüyünü bildirib.
BMT agentlikləri Qəzzada yaşayan 2,3 milyon insanın ən azı 1,9 milyonunun qaçqın düşdüyünü və yaşayış binalarının 92%-nin dağıdıldığı Qəzzada fələstinlilərə humanitar yardımı artırmağa hazır olduqlarını bildiriblər.
Razılaşmanın birinci mərhələsinə 42 günlük atəşkəs, Qəzzada olan 33 girovun azad edilməsi, fələstinli məhbusların İsraildən azad edilməsi, İsrail ordusunun Qəzzadan mərhələli şəkildə çıxarılması və fələstinli mülki şəxslərə yardım axınının artırılması daxildir.
Birinci mərhələdə qalan girovların azad edilməsi və İsrailin tam geri çəkilməsi ilə münaqişəyə daimi son qoymağa yönəlmiş ikinci mərhələnin təfərrüatları üzrə danışıqlar aparılacaq.
Son mərhələ Qəzzanın yeni idarəetmə və təhlükəsizlik strukturu ilə yenidən qurulması ilə bağlıdır.
Forum