Accessibility links

Böyük Britaniya Ukrayna ilə hərbi əməkdaşlıq sazişi imzalayıb


Britaniya Baş naziri Keir Starmer. Kyiv, Ukrayna. 6 yanvar, 2025.
Britaniya Baş naziri Keir Starmer. Kyiv, Ukrayna. 6 yanvar, 2025.

Britaniya cümə axşamı Ukrayna ilə hərbi əməkdaşlıq, elm və texnologiya tərəfdaşlığı və oğurlanmış Ukrayna taxılını tapmaq üçün səyləri ehtiva edən saziş imzaladığını elan edib.

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna liderləri ilə sazişi imzalamaq üçün Kyivə səfər edir.

Onun ofisindən bildirilib ki, Starmer həmçinin Ukrayna qüvvələri üçün yeni raund ölümcül hərbi yardımı elan edir.

Starmer deyib ki, Rusiya Prezidenti Vladimir Putin “Ukraynanı ən yaxın tərəfdaşlarından ayıra bilməyib” və əvəzində Ukraynanı və müttəfiqlərini “həmişəkindən daha çox yaxınlaşdırıb.”

Starmerin ofisi bildirib ki, saziş Rusiyanın təcavüzünün qarşısını almaq üçün Baltik dənizi, Qara dəniz və Azov dənizində dəniz təhlükəsizliyi üzrə əməkdaşlığı əhatə edir.

Hərbi əməkdaşlıqdan əlavə iki ölkə kənd təsərrüfatı texnologiyaları, səhiyyə və kosmos məsələlərində birgə işləyəcək.

Hava hücumları

Ukrayna ordusu cümə axşamı bildirib ki, Rusiya dronlrının hücumları Çernihiv redionunda bir fermaya ziyan vurub, Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilən dron qalıqları isə Xarkiv və Poltavada evlərə ziyan vurub.

Çernihivin qubernatoru Vyaçeslav Çaus Telegram-da bildirib ki, fermada hqarğıdalı saxlamaq üçün istifadə edilən anqara ziyan dəyib, hücum nəticəsində isə ölən olmayıb.

Dnopropetrovsk qubernatoru Serhiy Lısak Telegram-da bildirib ki, onun bölgəsi Rusiyanın dronları, raketləri və ağır artilleriyasının hədəfinə çevrilib, nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb və üçdən çox evə ziyan dəyib.

Ukrayna hava qüvvələri bildirib ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiyanın 55 dronundan 34-nü vurub.

Onlar Çerkassı, Çernihiv, Dnipropetrovsk, Xarkiv, Kirovohrad, Kyiv, Mikolaiv, Poltava, Sumı, Zaporojjya və Jitomır regionları üzərində vurulub.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı hava hücumundan müdafiə vasitələrinin Belqorod, Voronej, Tambov və Kursk bölgələri üzərində Ukraynanın 27 dronunu məhv etdiyini bildirib.

Voronej qubernatoru Aleksandr Qusev Telegram-da bildirib ki, Ukrayna dronunun hücumu neft anbarında yanğına səbəb olub, lakin itki yoxdur

Forum

XS
SM
MD
LG