Accessibility links

Siyasi fəal Səyyad Məhəmmədiyan 3 günlük məzuniyyətdən sonra Kərəc həbsxanasına qaytarılıb


Səyyad Məhəmmədiyan (Ovçu), siyasi fəal
Səyyad Məhəmmədiyan (Ovçu), siyasi fəal

Daha əvvəl məhkum olduğu 6 aylıq həbs cəzasını Kərəc şəhərinin Kəçuyi həbsxanasında çəkməkdə olan türk fəal Səyyad Məhəmmədiyanın (Ovçu) 3 günlük məzuniyyətdən sonra həbsxanaya qaytarıldığı bildirilib.

Günaz TV saytı həmçinin AZOH və Demokratlar kimi Telegram kanallarının bildirdiyinə görə, yanvarın 13-də məzuniyyətə buraxılan Məhəmmədiyan çərşənbə günü həbsxanaya qayıdıb.

“İslam Respublikası nizamına qarşı təbliğat” fəaliyyəti göstərməkdən təqsirli bilinərək 6 ay həbsə məhkum olunan siyasi fəal keçən noyabr ayında nəzarət altına alınaraq hökmün icrası üçün Kəçuyi həbsxanasına göndərilib.

Məhəmmədiyan ailəsi Kərəc şəhərinə yaxın Yengi İmam kəndinin sakinidirlər.

Ovçu Məhəmmədiyan 2024-cü ilin may ayında İranın təhlükəsizlik qüvvələri yərəfindən saxlanılıb və təqribən bir ay sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Məhəmmədiyan və ailəsi həm onun may ayında nəzarət altına alındığı zaman, həm də noyabr ayında hökmün icrası üçün saxlanıldığında məmurlar tərəfindən zorakılığa məruz qalıblar.

Əslən Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərindən olan Səyyad Məhəmmədiyyan keçmiş illərdə də dil hüquqları və mədəni-siyasi sahələrdə fəaliyyətlərinə görə təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinə məruz qalıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG