Accessibility links

Batumidə keçmiş baş nazir və “Gürcüstan Naminə” partiyasının yaradıcısı Giorgi Qaxariya döyülüb


Gürcüstanın keçmiş baş naziri, müxalifətdə olan “Gürcüstan Naminə” partiyasının təsisçisi Giorgi Qaxariya Batumidəki “Şeraton” otelində döyülüb. Bu barədə hadisənin şahidi olan “Qornıye Novosti” nəşrinin redaktoru Gela Mtivlişvili məlumat verib. Onun sözlərinə görə, hücumda xüsusilə “Gürcü Arzusu” partiyasından olan deputat Dimitri Samxaradze və Acarıstan iqtisadiyyat nazirinin müavini Giorgi Manvelidze iştirak edib.

“Gürcüstan naminə” partiyası hücumun İvanişvili rejimi tərəfindən təşkil edildiyini iddia edir. "Bu siyasi motivli hücum açıq şəkildə müxalifəti qorxutmaq və etirazları yatırmaq cəhdidir. Bu cür hərəkətlər Gürcüstanın demokratik və Avropa gələcəyi üçün mübarizə aparan səsləri heç vaxt susdurmayacaq", partiyanın bəyanatında deyilir.

Qaxariyanın burnu sınıb və beyni silkələnib. Bu barədə siyasətçinin aparıldığı Batumi klinikasında işləyən həkim Tako Şantadze məlumat verib. Onun sözlərinə görə, Qaxariya öz istəyi ilə klinikanı tərk edib.

“Gürcüstan naminə”nin liderlərindən biri, daxili işlər nazirinin keçmiş müavini və prokurorluğun keçmiş əməkdaşı Natia Mezvrişvili bildirib ki, “Şeraton” mühafizəsi hadisədən sonra sübutları məhv etməyə başlayıb.

Daxili İşlər Nazirliyi faktla bağlı “Zorakılıq” (Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi) ilə araşdırmalara başlayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG