Accessibility links

Avropa Məhkəməsi Azərbaycan hökumətini mülkiyyət hüququ pozuntusuna görə 1.7 milyon avro cərimələyib


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycan hökumətinin 1.7 milyon avro məbləğində təzminat ödəməsinə qərar verib.

“Bağvanov və başqaları Azərbaycana qarşı” məhkəmə işinin hallarına əsasən, Bakıda "Qış parkı"nın inşası zamanı ərizəçilərin əmlakları Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının 24 sentyabr 2008-ci il və 11 fevral 2011-ci il tarixli sərəncamları əsasında sökülmüş, sakinlər köçürülmüşdü.

BŞİH sakinlərə əmlaklarının hər kvadrat metri üçün 1500 manat təklif etmiş, ancaq bu ödənişlər müsadirə üçün kompensasiya kimi deyil, alqı-satqı müqaviləsi kimi nəzərdə tutulmuşdu. Sakinlərin əksəriyyəti alqı-satqı müqaviləsini evləri söküldükdən sonra imzalamağa məcbur olmuşdular.

Onlar sonradan yerli məhkəmələr qarşısında alqı-satqı müqavilərinin qanunsuzluğundan və kompensiyanın azlığından şikayət etsələr də, məhkəmələr onların şikayətlərini təmin etməmişdi.

Ərizəçilər AİHM qarşısında ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verməsindən şikayət etmişdilər.

AİHM hələ 2022-ci ildə bu iş üzrə qərar çıxararaq əmlakların müsadirəsinin “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilmədiyini müəyyənləşdirmiş və təzminat məsələsinin həlli üçün tərəflərə vaxt vermişdi.

Yanvarın 14-də elan etdiyi qərarında AİHM hökumətin 18 ərizəçiyə maddi və mənəvi zərərə görə ümumilikdə 1 milyon 693 min avro məbləğində təzminat ödəməli olduğunu açıqlayıb.

Azərbaycan hökuməti 3 aydan gec olmayaraq zərərçəkənlərə ödəniş etməlidir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreyanın impiç edilmiş prezidenti nəzarət altına alınıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG