Accessibility links

Malala Yusufzai müsəlman liderlərindən Talibanın əfqan qadınlarına qarşı münasibətini açıq şəkildə rədd etməyə çağırıb


Nobel mükafatı laureatı Malala Yusufzai Pakistanda İslamabad şəhərində “Müsəlman icmalarında qızların təhsili: çağırışlar və imkanlar” sammitində çıxış edir, 12 yanvar 2025-ci il.
Nobel mükafatı laureatı Malala Yusufzai Pakistanda İslamabad şəhərində “Müsəlman icmalarında qızların təhsili: çağırışlar və imkanlar” sammitində çıxış edir, 12 yanvar 2025-ci il.

Nobel Sülh Mükafatı laureatı Malala Yusufzai bazar günü müsəlman liderləri Əfqanıstanda hakim Talibanı “legitimləşdirməməyə” çağıraraq, onları “gender aparteidinin günahkarları” olmaqda ittiham edib və məsuliyyətə cəlb etməyə çağırıb.

Yusufzai Pakistanda keçirilən dünyanın müsəlman icmalarında qızların təhsilinə dair beynəlxalq sammitin yekun iclasında çıxış edərək, sərt xətt tərəfdarı Taliban hökumətini əfqan qadınlarının təhsil və məşğulluq imkanlarına geniş məhdudiyyətlər qoyduğuna görə kəskin tənqid edib.

“Son üç il yarım ərzində Taliban hər bir əfqan qızın öyrənmək hüququnu əlindən alıb. Onlar bunu qanuniləşdirmək üçün bizim inancımızdan silah kimi istifadə ediblər” – deyə, təhsil fəalı bildirib.

“Taliban öz missiyasını açıq şəkildə ifadə edir. Onlar qadınları və qızları ictimai həyatın bütün sahələrindən kənarlaşdırmaq, cəmiyyətdən silmək istəyirlər”, o bildirib.

“Sadə dillə desək, Taliban qadınları insan kimi görmür. Onlar cinayətlərini mədəni və dini əsaslandırmalarla ört-basdır edirlər”, Malala Yusufzai əlavə edib.

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda yenidən hakimiyyətə qayıdıb və İslamda Şəriət kimi tanınan qanunların sərt versiyasını tətbiq edib. Birləşmiş Millətlər Təşkilatı bunu “gender aparteidi” adlandırıb.

Əfqan qızlarının altıncı sinifdən sonra məktəbə getməsi tamamilə qadağan edilib. Səhiyyə, immiqrasiya və polis kimi bir neçə departament istisna olmaqla, qadınların dövlət və özəl müəssisələrdə işləməsi qadağandır.

Müsəlman Dünya Liqası Pakistanın paytaxtı İslamabadda 50-yə yaxın müsəlman ölkəsindən nazirlər, təhsil rəsmiləri və alimləri, həmçinin Birləşmiş Millətlər Təşkilatı və qeyri-hökumət təşkilatlarının nümayəndələrini bir araya gətirən iki günlük konfrans keçirib.

“Bu otaqdakı hər kəsə bir mesajım var”, Yusufzai deyib. “Müsəlman liderləri olaraq səsinizi yüksəltməyin və gücünüzdən istifadə etməyin vaxtıdır. Siz həqiqi liderlik nümayiş etdirə bilərsiniz; əsl İslamı göstərə bilərsiniz” - deyə, o, toplaşanlara müraciət edib.

“Əfqan qadınlar və qızlar öz gələcəklərini müəyyən etməkdə azad olmalıdırlar. Onların davasının ən güclü müdafiəçiləri sizin kimi müsəlman liderlər olmalıdır”, o əlavə edib.

Yusufzai Talibanın “repressiv qanunlarına” açıq şəkildə etiraz etmək və pisləmək üçün müsəlman alimlərinin vahid səsini qazanmağa çalışıb.

Taliban rəsmiləri tənqidlərlə bağlı dərhal şərh verməyib. Onlar öz hakimiyyətini qətiyyətlə müdafiə edərək, bunun Şəriətə və Əfqanıstanın mədəniyyətinə uyğun olduğunu bildirirlər.

Bazar günü konfransın açıqladığı bəyannamədə qızların təhsilinə mane olan mədəni normalara əsaslanan “ifrat ideologiyalar” və fətva kimi tanınan dini hökmlər “məhrumiyyət və təcrid siyasətini qanuniləşdirmək üçün dini prinsiplərdən ciddi sui-istifadə” kimi pislənilib.

Bəyannamədə deyilir ki, kişi və qadınların bərabər təhsil almasını şərtləndirən İslam prinsiplərini rədd edən və ya ona qarşı çıxan hər kəs “İslam ümmətinin (İslam dünyası) anlayışları çərçivəsindən kənar sayılır və onun bir hissəsi sayıla bilməz”.

“İstər fərdlər, istər qurumlar, istər dövlət və ya özəl qurumlar olsun, onların ideologiyasını rədd etmək vacibdir”, sənəddə qeyd edilir.

Çox səhifəlik bəyannamədə qızların orta və ali təhsil almasına qadağa qoyulan yeganə ölkə olan Əfqanıstanın adı çəkilmir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Los-Ancelesdəki yanğınlarda ölənlərin sayı 10-a çatıb
please wait

No media source currently available

0:00 0:11:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG